Yandırdın 09/10/2006

Sənə ilk baxışımda baxışlarınla gözlərimi yandırdın…

Geniş qəlbimdə sənə bir yer verdim, bu yerə ilk dəfə sahib olanda o yeri də yandırdın…

Əlinə bağışladığım gül dəyəndə, əlinlə o gülü yandırdın…

Sənin üzünə sənlə birgə yaratdığımız dünyanın qapılarını açanda ilk qədəmlərinlə o dünyamızı yandırdın…

Sənə sevgimi həsr etdim, sevgimi yaşadan yerləri, zamanı yandırdın varlığınla…

Sən təbiətinlə mənim təbiətimi yandırdın…

Sənə dediyim sözlər önündə verdiyin cavablar mənim söz ehtiyatımı yandırdı, dilimi də yandırdığından susmağa məhkum oldum…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: