Münasibətlərin sirri

Tərəflər arası münasibət, ailədə hüzurlu və xoşbəxt olmağın sirrlərini yazım, bilin:
— İnanırsan. İnanmırsansa, bunu etiraf edirsən, birbaşa və qısa sual verib, onun cavabına uyğun nəticə çıxardırsan.
— Telefon, kompüter və sosial şəbəkə, emaillərinin şifrələrini istəmirsən. Gizlətmək istəyən siz yoxlamamışdan öncə izləri itirəcək, siləcək.
— Çox suallar vermirsən, daha çox susur, müşahidə edirsən.
— Dostlarla görüş, tədbirə gedəcəyin təqdirdə, ona bu barədə qısa məlumat verirsən.
— Sizə aid olacaq qərarları birgə verir, seçimləri birgə edirsiniz. Onun tövsiyəsini dinləyirsən.
— Kişi işlərini kişi tərəfinə həvalə edirsən. Bacarsan, həmin işi ondan yaxşı görsən belə.
— Özünə fikir verirsən. Ev geyimin, zahiri görkəmin cəlbedici və istəkli olmalıdır.
— İşləyirsən. İşləyib pul qazanırsan.
— Münasibətlərdə azadlığa qəsd etmirsən.
— İşdən yorğun gəldiyin zaman onun də işdən yorğun gəldiyini nəzərə alırsan.
— Empatik olursan.
— Onun üçün həm həkim, həm psixoloq, həm massajçı, həm aşbaz olursan.
— İçkini o olan yerdə və zaman içirsən.
— Dostlarınla tanış edirsən. Hər iki tərəf dostlarını tanısa, o zaman daha rahat olar.
— İki dəqiqədən bir zəng etmə, ismarıc yazma.
— Yemək bişirərkən onun da istəyini nəzərə al.
— Evdə təmizliyi təmin et.
— Xəstə olduğunuz halda, bir-birinizə daha çox qulluq edin, daha çox istirahət üçün şərait yaradın.
— Onun qadağa və iradları, tənqidləri məntiqli, rasional, əsaslı, praktikdirsə, o zaman nəzərə al, nəticə çıxart.
— Qarşılığı olmadan hey verən tərəf olma.
— Yumor hissin olsun, zarafat etməyi öyrən.
— Arada fərqlilik olsun deyə, musiqi qoyaraq rəqs edin, birlikdə filmə baxın, musiqi dinləyin, kitab oxuyun.
— Ünsiyyətdə olduğunuz zaman göz təması-gözlərlə danışmaqdan ehtiyat etməyin.
— Qarşı tərəfin nəyisə etməsini və ya etməməsini istəyirsinizsə, bunu əmr kimi deyil, xahiş kimi səsləndirin.
— İşdə olarkən onu zəruri hallarda, arayın.
— Kimisə pisləmir, kimisə paxıllamır, kiminsə qeybətini etmir, qısqanmırsan.
— Dava və dır-dırları minimuma endirirsən.
— O zarafatla söz soxanda, dava etməyə çalışanda susur, gülərək yola verirsən.
— Onun yanında daha çox gülümsə.
— Nədənsə narazı olduğun halda, bunu ona üz-üzə oturduğunuz zaman sakit səslə deyir, ortaq məxrəc üçün alternativ variantlar təklif edirsən.
— Günün sonunda həmin gününüz barədə qısa məlumat verirsən. Onunla maraqlanırsan. Evdən çıxanda, işə yola salanda uğur diləyirsən, gülərüz olursan, yanağından öpürsən. Evə qayıdanda da gülərüz olur, yanağından öpürsən.
Ardı var.