Ailə, yoxsa subaylıq- 30%*4

Bu günkü mövzumuz müqayisəli üstünlük və çatışmazlıqlar haqqında olacaq. Ailəli olmaq, yoxsa, subay olmaq, tək yaşamaq,yoxsa kiminləsə yaşamaq?

Obyektiv olmaq üçün müsbət tərəflərini yazanda mənfi tərəflərini də yazmaq lazımdır.

Bunu müəyyən və müşahid etmək üçün nəzəri bilikdən çox praktiki bilik gərəkdir. Çünki hər bir halı şəxsən yaşamasan, kənarda bu halları yaşayanları müşahidə etməsən, dinləməsən, obyektiv nəticə əldə etmək mümkün deyil.

Əslində hər ikisinin müsbət və mənfi tərəfləri vardır.

Subay olmağın və tək yaşamağın üstünlükləri:

  1. Özünə sığınmaqdır, özün üçün var olmaqdır.
  2. Özünü aldatmaqdan vaz keçməkdir, barışmaqdır.
  3. Özlərinə vaxtı çox olar.
  4. İşi tək təsəllisi və vaxtını sərf etdiyi məkan olduğu üçün işinə qarşı daha məsuliyyətli və ciddi yanaşar.
  5. Bir zaman sevən, tənha olmayan insanlar olublar.
  6. Dostları, rəfiqələri, qohumları, bir zaman ailəsi olan insanlardır
  7. Qəlb və vicdan var onlarda… Çox istiqanlı, mehribandırlar.
  8. Səmimi və cəsarətli, azad və doğru, haqqın tərəfdarı olduğundan təkliyi seçirlər.
  9. Hər kəsi anlayar, qınamaz kimisə, qoyar özünü başqalarının yerinə.
  10. Güclü, həm də ki, həssas, kövrək olurlar.
  11. Bağışlasalar da, barışsalar da, nəticə çıxardarlar.
  12. Silərlərsə kimisə, birdəfəlik silərlər, yazmazlar bir daha o insanı həyatlarına.
  13. Yaşamazlar keçmiş ilə, keçmiş bir mayak olar indiyə və gələcəyə.
  14. Hər kəsi sevərlər, özlərindən sonra hər kəsi sevməyi bacararlar.
  15. Özlərini sevməyi, özü üçün yaşamağı, tənqid etməyi, düşünməyi, səhv və doğruları anlamağı, özünə hörmət etməyi, özünü kənardan görməyi bacararlar.
  16. Güvəndikləri insan tək özləridir, öz işlərini özləri görər, əməksevər olarlar… Kimisə borclu çıxartmazlar, kimisə günahkar bilməzlər.
  17. Özlərini anlamağa, yaşamağa, sevməyə, həyatı dərk etməyə vaxtları çox olduğundan həyatı yaşamaqdan qorxmazlar.
  18. İtirdikləri, qazandıqları özünün olar, qədrini bilər, qorumağa çalışar.
  19. Kiminsə fikri ilə hesablaşmaz, kiminsə həyatına qarışmaz və öz həyatını qapalı bilər başqaları üçün.
  20. Susar lazım gələrsə, amma həddini aşanlara göstərər lər yerini.
  21. Kimdənsə asılı olmazlar deyə, cəsarəti hədd tanımaz.
  22. Kimsə gəldiyində, getdiyində önəmli saymazlar, çünki tənhadırlar, özləri var özləri üçün.
  23. Baqalarına çox bağlanmazlar, həqiqəti bildikləri üçün.
  24. Yalanı, xəyanəti sevməzlər… Rola girməzlər, maska taxmazlar…Hisslərini yaşadıqlarını kimi də göstərərlər…
  25. Düşündüklərini də deyərlər, yazarlar… Öz-özünə yazmaqdır, sanki gündəliyin olmaqdır özünə.
  26. Tənha olmaqdan qorxmazlar…
  27. Özləri bişirib yeyər yeməyini, istədikləri vaxt yatarlar…
  28. Azad olarlar seçimlərində…
  29. Çox mütaliə etmiş olarlar. Hər sahəni bilərlər ki, kiməsə möhtac olmasınlar.
  30. Paxıl olmazlar, bəhsəbəs etməzlər…

Subay olmağın və tək yaşamağın çatışmazlıqları:

  1. Tənha insanlar nə qədər eqoist olsalar belə, özlərini sevməklə yanaşı, yola verirlər. Yemək bişirməkdən başlamış yuxu rejiminə, vaxtının idarə edilməsindən tutmuş günün planlaşdırılmasına qədər özlərini yükləməklə, yola verirlər.
  2. Ən tənha, eqoist insan belə yanında sevdiyi, doğma insan olanda altruist, xoşbəxt olur, hər şeyi onun üçün edir: ən dadlı yeməyi bişirmək, süfrə açmaq, bazarlıq etmək…
  3. Tənha və eqoist insanlar əslində əsl insanlığını və özünü özündə gizlətmiş insanlardır.
  4. Evdə tək qalanda özünü axtarmaq və tapa bilməməkdir.
  5. Gəzməyə belə tək çıxmaqdır.  Tənha olduğun və evdə səni kimsə gözləmədiyi üçün evə ancaq yatmağa gəlməkdir.
  6. Təklikdə özündən qaçmağa çalışıb bunu bacarmamaqdır. 
  7. Bazarlıq edib tək olduğun üçün hamısından istifadə etmədən xarab olanları atmaqdır. Marketə, bazara tək gedib, tək özün üçün bazarlıq etmək, yükünü ağırlığından asılı olmayaraq özünün daşımasıdır.
  8. Qərar və seçimlərin özünə məxsusdur deyə, səhv seçim və qərarlarda, qərarsızlıqda özünü günahkar bilməkdir. Hər işini özləri görərlər.
  9. Müzakirə edə bilməyəcəyin halda çoxluq kitab oxumaq, mahnı dinləmək, filmə baxmaqdır. Evindəki və ya iç dünyandakı sükunəti özünün pozmağındır.
  10. Sevmək və nifrət etmək üçün bir özün varsan.
  11. Xəstələnəndə özünü müalicə etmək, ölüm barədə düşünüb varis görə bilməməkdir. Xəstələnəndə xəstə hal, qızdırmayla yemək bişirmək, çay dəmləmək, aptekə gedib dərman almaqdır.
  12. Tək insanların bir özü vardır bayram günləri. Özü-özünü təbrik edər, özünə arzu diləyər, hər dəfə eyni dilək. Sevgi, anlayış, hörmət, gələn ili tək olmasın deyə. İsmarıcı ya çatmaz, ya da gecikər. Bayramlardan imtina etməkdir, onları qeyd etməməkdir, çünki qeyd etməyə kimsən qalmayıb artıq
  13. Ən ağırı sevdiyin insan olduğu halda tənha qalmaqdır həftə sonları, bayramları.
  14. Ən ağırı evdən hara qaçım ki, bəlkə hardasa çıxar önümə tanışım, bax bu ümidlə çıxar evindən, gəzər küçələri.
  15. Özünü aldatmaqdır, «tənhalıq xoşbəxtlikdir, azadlıqdır, özümü sevirəm» deməklə.  Tək ağlamaqdır, başını boynuna qoyacaq, sarılacaq və birgə ağlayacağın bir kimsənin olmamasıdır. Etibar edib, paylaşacağın. məsləhətləşəcəyim kiməsə ehtiyac duymaqdır
  16. Gecə yuxuya tək getməyə çalışmaq, balışı qucaqlamaq, yerində qurcalanmaqdır.
  17. Hər dəfə yemək və çayı qızdırıb soyuq halda qəbul etməkdir.
  18. Musiqi dinləyərkən özünlə rəqs etməkdir.
  19. Özünlə gülüb, ağlamaq, özünü dinləməkdir. Özündən asılı olmaqdır. Vaxtın tez keçməsini və günün tez keçməsini arzulmaqdır
  20. Zamanla eqoist olmaqdır, təkliyini sevməkdir.
  21. Təklik içində azad olmaqdır.
  22. Düşünmək, düşünərək hər kəsdən uzaqlaşmaq, qapanmaqdır. Həyatındakı yaxşılıqları və yaxşıları, pislikləri və pisləri unutmamaqdır.
  23. Sevgiyə etirafını özünə etməkdir.
  24. Sevənlərə şübhə və ehtiyatla yanaşmaq, sevgiyə inanmamaq, sevgini rədd etməkdir.
  25. Yıxılmamağa, büdrəməməyə çalışmaqdır, özünü qorumaq, qaldırmaqdır, öz yükünü daşımaqdır. Üzüldüyündə özünü qucaqlamaqdır. 
  26. Hər yazıda, mahnıda, rəsmdə, filmdə özündən bir şey tapmaqdır.
  27. Yarımçıq mən olmaqdır, biz olmamaqdır. Bir qadın üçün qadınların da, kişilərin də sənə olan pis niyyəti, paxıllığı, söz-söhbəti, ittihamı, söyüşləri, təhqirləridir, kişilər tərəfindən edilən əxlaqsız təkliflərdir.
  28.  Tək təsəllisi iş, pul və özləridir ki, zamanı yola verməyə yardımçı olar. Başını işlə qatar və tənha olduğunu unutmağa çalışarlar.
  29. Ziddiyyətli olarlar, hər kəsə fərdi yanaşarlar… Hər kəsə inanmazlar.
  30. Öləndə kimsə xəbər tutmaz, kimsə ağlamaz… Kimsə deməz, onlar haqqında «Allah rəhmət etsin, yaxşı insan idi, bu tənha insan!» Cəmiyyət onları anlamaz, qınayar, şərləyər, paxıllayar!

Ailəli olmağın üstünlükləri:

  1. Təklikdən qurtulursan.
  2. Ünsiyyətdə olmağa adam var, onun səni dinləyib dinləməməyi məsələsi isə arxa plana keçir.
  3. Bütün xərclər sənin üzərində olmur. Xərclər maddələr üzrə bölüşdürülür.
  4. Məsuliyyət və öhdəliklər qərar verən, seçim edənin üzərinə düşür.
  5. Yuxuya tək getmirsən. Yeməyi tək yemirsən.
  6. Evə gələndə evdə sənin yolunu kimsə gözləyir deyə, işdə gecəyədək işləmir, vaxtında işdən çıxırsan.
  7. Xəstələnəndə ən azı kimsə müəyyən işləri görür, iş bölgüsünün yaranması və təşkil edilməsi ehtimalı artır.
  8. Öləndə, ən azı kimsə xəbər tutur.
  9. Yeməyi isti halda yemək, çay və kofeni soyutmadan içmək.
  10. Birlikdə film seyr etmək, rəqs etmək, musiqi dinləmək, kitab oxumaq.
  11. Ailə üzvlərindən ən azı 1 nəfəri sevmək və onun tərəfindən sevilmək ehtimalı artır.
  12. Səninlə maraqlanan və səndən nigaran qalan ən azı 1 nəfər ailə üzvün tapılır.
  13. Ailədə bir nəfərə etibar edə və onunla dost ola bilərsən.
  14. Boş zamanların çox olmadığı üçün «zamanımı necə doldurum və vaxt necə keçsin?» fikirləri ilə özünü üzmürsən.

Ailəli olmağın çatışmazlıqları:

  1.  Xərclər artır. İstirahət, geyim, qida, kommunal, müalicə, toy və yas xərcləri və s.
  2. Vaxt çatışmazlığı yaranır.
  3.  Ailədə bir nəfər xəstələnəndə hamı xəstələnir. Müalicəyə və dərmanlara pul daha çox gedir.
  4.  Dincəlmək üçün ailəvi getmək lazım gəlir ki, bir çox hallarda, ailəvi dincəlmək olmur, hüzur pozulur.
  5.  Yemək bişirdiyin zaman ailənin bütün üzvlərinin fikri öyrənilməli və ortaq bir seçim edilməlidir.
  6.  Yuxu və yemək rejimi hər kəsə uyğunlaşdırılmalıdır.
  7.  Rahat yatmaq istəyi bir röyadır.
  8.  Harasa gedəndə, nəsə edəndə mütləq ailənin digər üzvlərinin də rəyi öyrənilməlidir.
  9.   Yorulduğun zaman evə gəlib dincəlmək istəyinin gerçəkləşmə ehtimalı 0-dır.
  10.  Kommunal və digər məsələlərdə xərclərinə qənaət etməyi bacarmırsan, çünki digərlərinə dəfələrlə bu barədə desən də, veclərinə olmur.
  11.  Hirslənmək, əsəbləşmək ehtimalın maksimumdur.
  12.  Hesabat verməlisən. İcazə almalısan.
  13. Özün öz həyatının ağası deyilsən.
  14. Fikrini öyrənən olsa da, öz bildiklərini edənlər sənin ailə üzvlərindir.
  15.  Yatağı iki, hətta 3 nəfərlə bölüşməli olursan.
  16.  Evdə qoyduğun əşyaları yerinin tez-tez dəyişməsi ilə rastlaşırsan
  17. Evdə səliqə yaratmaq çətindir, sən yığırsan, başqası dağıdır.
  18. Özünə vaxtın qalmır.
  19. Hüzur və azadlığın olmur.
  20.  Ailənin digər üzvlərindən nigaran qalma, narahat olma, onlara görə məsuliyyət daşımaq halları çoxdur.
  21. Ailə üzvünün biri zəif bənd olur, ona kənar müdaxilələr tez təsir edir.
  22.  Tələbat artdıqca, xərclər, xərclər artdıqca kredit və borclar artır. 
  23.  Ehtiyat vəsaiti yığmaq ehtimalı aşağı düşür.
  24.  Tək qalmaq istədiyində qala bilmirsən, tək qalanda özünlə darıxırsan.
  25.  Kimisə və ya nəyisə itirmək ehtimalı və qorxusu artır.
  26. Hobbi, maraq və əyləncələrdən uzaq düşürsən.
  27. Risklər artır. İdarəetmə əldən çıxır.
  28. Hüquq bərabərliyi pozulur. Təzyiqlər qadına edilir.
  29.   Daha çox evdə oturanda dünya görüşü artmır, inkişaf olmur, özünə fikir vermək ehtimalı azalır.
  30. Mübahisəli məsələ, anlaşılmazlıq və davalar daha çox olur.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: