Məmur olmaq istəyirsən?

Məmur olmaq istəyirsən?

Öncə aşağıdakı bəndlərlə tanış ol, onları məşq elə, sonra da dövlət işində ən kiçik vəzifədə işə düzəl, təcrübə yığ.

  1. Qəbul otağında gözlətdiyin vətəndaşlar kimi daxili və işdən kənar qurumlardan, fiziki və hüquqi şəxslər gələn sənədlərə günlərlə baxma, daxili sənədlərin imzalanmasını 1 həftə gecikdir.
  2. Zərfdə alacağın pulu zərfdən çıxardıb dəfələrlə say.
  3. Telefon zəng çalarsa, cavab vermə. Əgər bu telefon zəngi ofis daxili aşağı vəzifədə olan işçidən, ya da ki, şəhər nömrəsindən gəlirsə, zəngə heç baxma, geri zəng etmə.
  4. Yaltaqlanmağı öyrən.
  5. Kreslonun ən rahatını seç ki, zəvərə biləsən, bir də ki, səni yelləndirsin.
  6. Dövlət büdcəsindən subsidiya almaq üçün ağlamağı və mənfəəti gizlətməyi öyrən.
  7. İşçilərinlə kobud rəftar etməyi, demaqoq işçiləri yola verib torbasını tikməyi öyrən.
  8. Gündə mənasız iclas keçir və bu iclasa ancaq öz adamlarını dəvət et.
  9. İşə öz tanışlarını və savadsız kadrları yığ ki, işi bilməsin, səhvləri çox olsun ki, onları idarə edə biləsən və onların içində sən ən ağıllı, savadlı, peşəkar və təcrübəli görsənəsən.
  10. Özünə görmədiyin işə görə mükafat yazdır.
  11. Sənə xoş olmayan işçiləri işdən çıxmaq ərizəsi yazdıracaq hala salmaq üçün stress vəziyyətində saxla və bezdir.
  12. Savadlı və işləyən kadrların gördüyü işi bəyənmə.
  13. Bilmədiyin mövzularda dəfələrlə müzakirələr apar.
  14. Xəbərçilik, işverənliyi öyrən.
  15. Başqalarının gördüyü işi öz adına çıxmağı öyrən.
  16. Məsuliyyət üzrə pası başqasına ötür.
  17. Vəzifəcə səndən böyük birisi gəlsə, özünü bilən və işləyən kimi göstər.
  18. Maaşını gizlət, maaşını xərcləmə.
  19. Özündən razı ol.
  20. Bahalı geyimlər geyin, ətirlər vur.
  21. Xidməti avtomobilini dəyiş, ən bahalısını seç.
  22. Evə dərhal qulluqçu tut.
  23. Yarım il işləməmiş məzuniyyətə çıx.
  24. İşçilərinə onun iş və səlahiyyətinə daxil olmayan işlərin icrasını tapşır.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

One thought on “Məmur olmaq istəyirsən?

Комментарии запрещены.

%d такие блоггеры, как: