Milli işləməyin milli mental dəyərləri (satirik esse)

  • Nə haqqında düşünürsən, yaman fikrə dalmısan?
  • Elə bilirsən, işəgötürən və işverən olmaq asandır? Bu dərəcəyə çatmaq üçün neçə mərhələləri adlamaq, maneələri keçmək lazımdır.
  • Əsas odur ki, nəticəsi özünü doğrultdu!
  • Doğrultmağına doğrultdu, amma ki, bu nəticəni əldə edənə qədər keçilən yol necə olmuşdur? İlk iş yerimə düzələn vaxt özümü xatırlayanda gülməyim, ağlamağım eyni anda gəlir…
  • Niyə, ay rəis…
  • Təsəvvür elə… Ali məktəbi yenicə bitirmiş bir gənc iş axtarmağa başlayır. 6 ay hər yerə cv göndərəndən sonra tapır. O da ki, 0-dan başlayacağı bir işdir. Bu vaxtadək hara getmişdisə, onu təcrübə keçmək adı altında pulsuz işlətmək, təcrübəsinin olmadığını əsas gətirərək işə götürməkdən imtina etməklə üzləşirdi. Ümidlərini itirmirdi, özünə əmin idi. Daha doğrusu, savadına, xarakterinə, aldığı biliyə və işləmək istəyinə. Amma CV verdiyi və işləmək istədiyi yerlərdə bu üstünlüklərinə baxan, onu qiymətləndirən yox idi. Gənc yaşlarında iş axtaranlar qədər saf və sadəlövh varlıq bəlkə ancaq yenicə doğulmuş və anasına sığınmış körpə ola bilər. İlk iş yerim yadıma düşür. 
  • İlk iş yerinizdə nə olmuşdu ki?
  • Saf və işləmək, nəzəri biliklərini praktikada tətbiq etmək istəyən gənc necə ola bilər?! Bax, o, gənc yadıma düşür. O vaxt o gənc bilmirdi ki, işləməyin də milli mental dəyərlərinin olduğunu bilmirdi. Sonra zaman da, insanlar da, işlədiyi məkanlar da onu dəyişdi. Bax, o dəyişən insan indiki rəisindi. Hə, nədən və kimdən danışırdım?! Milli mental işləmə dəyərlərindən kənara çıxmayan işləyənlərdən və bir vaxt işləmiş işsizlərdən… İşləyəndə də bir neçə taktiki addımlar atmalısan ki, mənim balam, əgər orada işləmək istəyirsənsə!
  • O hansı addımlardır ki?
  • Bax, burada sən gərək səbrli olmalısan, dinləməyi və özün üçün nəticələr çıxartmağı bacarmalısan. Sən mənə rəis deyirsən, çünki iş yerindəyik. İşdən sonra sənin atanam. Amma iş yerində hər kəsin mənəvi «atasıyam», ona görə də səni xüsusilə seçə bilmirəm. Əks halda, digər işçilər sənə və mənə düşmən olub, bizə qarşı çıxa bilər, bizim əleyhimizə planlar cıza, bizim əleyhimizə birləşə bilərlər. Birliyə yol verməməliyik. Birlik təhlükəlidir.

İlk addım:

 

Gördün ki, ağıl, savad, işgüzarlıq, peşəkarlıq, düzgünlük yolu ilə arzulara çata, məqsədlərinə nail ola, planlarını həyata keçirdə bilmirsən, o zaman alternativ yollardan istifadə et:
1. Yaltaqlıq;
2. İşverənlik;
3. Əxlaqsız təklif etmək;
4. Şərləmək.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: