Sevgiylə baş-başa (qısa dialoq)

-Çəkdiyim siqaret kimisən. Yanarkən tüstün gözümü yaşladır, acı dadın ağız dadımı dəyişir, çəkərkən səhhətimə ziyandır, içimi qaraldır, qiymətin hər gün qalxır. Səni sevmək mənə ziyandır, niyə bunu həkimlər vaxtında mənə demədilər?
— Bəlkə çəkəsən məni deyə? Bəlkə sevib anlayasan deyə? Bəlkə də məni yandırıb tükədəsən deyə? Bu barədə düşünmüsən?
— İçdiyim şərab kimisən. Ağlımı alırsan başımdan. Dəli oluram. Daha səmimiyəm, üzüm də gülür, unuduram pis nə varsa, hamısını. Amma ki, siqaret kimi sən də bahalısan, sən də ziyan edirsən mənə? Niyə açıq satışdasan? Niyə belə əlçatasan?
— Bəlkə ayılmayasan deyə? Bəlkə xoşbəxt olasan deyə? Bəlkə də içib bitirəsğn məni? Bu barədə bəs, düşünmüsən?
— Eh, sevgi… Səni istəmirəm…
— İstəməlisən. Ən azı özünü sevmək naminə…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: