Hamilə dəli

Originally posted on Bloquma xoş gəlmisiniz!!!:
O, hamilə idi. Amma kimdən? Bunu özündən başqa heç kim bilməyəcəkdi. Əgər İsa peyğəmbərin anası Məryəm kimi camaatın arasına çıxıb desəydi ki, «uşağı bətnimdə Allah yaradıb», onsuz da heç kim inanmayacaqdı. O, mətbəxdə oturub albalı şirəsi içir, yenisini almağa xəsislik edirdi. «Yox, pulları qənaətlə işlətmək lazımdır, yoxsa gələcək…

Ваша оценка:

Söndürülən işıq

Originally posted on Bloquma xoş gəlmisiniz!!!:
Soyuqdan üşüyə-üşüyə hündür binanın qarşısına çatdı. Alaqapıdan içəri girməyə tələsməyib divara vurulu avtomat telefonun dəstəyini yerindən ayırıb nömrələri yığdı. -Alo, hə mənəm. Sifariş verilən ünvanlara getdim… Niyə evə gəlmirəm? Qəribə söz danışırsan..Kefimdən eləmirəm ki…  Bir nəfər qalıb. Deyəsən, evdədir… işığı yanır. Çalışacam on dəqiqəyə çıxım ordan. Tək olmaz.…

Ваша оценка:

Qorxunc qonaq

Originally posted on Bloquma xoş gəlmisiniz!!!:
…O kəndə girəndə gecə zülmət kəlağayısını asimana sərmişdi. Addımlayırdı. Yağış az öncə kəsdiyindən otların ətri yenidən aləmi başına götürmüşdü; nəmli iy soxulcanlar, budaqlarda gecələyən quşlarla bərabər onun da burnunu qıcıqlandırırdı. Addımlayırdı. Özü də səliqəli tikilən, səliqəli düzülən kənd evlərinin arası ilə addımlayırdı. İtlərin üstünə qıcanmaması üçün cibini daşla doldurmuşdu,…

Ваша оценка: