Qəribə qəriblik

Birdən ağlıma gəldi. Yadıma düşdü. Ailəli olanda pis olanda, dara düşəndə sığınmağa tək yerim ölkənin bu biri başında yerləşən, 8 saatlıq yol getməli olduğum Düşənbədə yerləşən səfirliyimiz olmuşdu. Hər dəfə basketbol topu əvəzi çilənəndə, südəmər qızımı, əşyalarımı da götürüb qaçırdım səfirliyimizə, onlar da həmişə sığınacaq verirdilər. Amma heyif ki, vaxtı keçmiş pasportumu yeniləyib geri vətənə göndərə bilmirdilər. 4-cü dəfə ora qaçanda və üstümdə bilet üçün pul olanda, mənə ölkədən çıxmaq üçün müvəqqəti çıxış vərəqəsi vermişdilər. Vətənə gələndə, ən dəhşətlisi bu idi ki, belə anlarımda qaçmağa, sığınmağa bir yerim yox idi… Qərib ölkədə sığınacağın səfirlik olduğu halda, doğma vətənində sığınmağa yerinin olmaması vətən həsrətindən daha ağrılıdı.
Bəlkə ona görə də həyatımı elə yaşayıram ki, özüm və yaşadığım evdən başqa sığınacağa ehtiyacım qalmasın.

Güclü və iradəli insanları zəif insanların intiharına səbəb olacaq amillər öldürmür, yaşadır. Güclü o insandır ki, həyatının mürəkkəbliyinə, dərdlərinə, problemlərinə, təkliyinə baxmayaraq, həyatda yaşamaq dirənişini göstərir və üzü də ağrılarının şiddətinə baxmayaraq gülür…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: