Gedirsənsə…

Gedirsənsə… Ağlama… Qışqırma… Dalaşma…

Sus… Gülümsə… Açarı as yerindən, yeni gələnə lazım olar…

Gedirsənsə… Üzülmə… Qarğış etmə…

Evdən çıxanda gülümsə… Ona sevgi, uğur, sevinc, sağlamlıq, xoşbəxtlik dilə…

Gedirsənsə… Bağla qapını… Dönmə… Sevin… Səni biri itirdi, özünü tapmısan deyə…

Gedirsənsə… Şükr elə… Xilas oldun sevgisizlikdən… Azadsan… Özünləsən… Hüzurlusan…

Gedirsənsə… Darıxma… Üzülmə… Axtarma… Peşman olma… Dəyməz… Səni itirdiyi üçün ona təşəkkür elə… Həyat davam edir özünlə…

Gedirsənsə… Get… Çətini birdəfəlik getməkdir… Bir insanın həyatından…

Çətini birini sağkən özündə öldürməkdir…

Çətini sevməmək… Unutmaqdır… Bacardınsa, get…

Getmək çətin deyil… Gedirsənsə, get… Kimin getdiyini ona anlat gedişinlə…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: