Valideyn-övlad olmaq…

Hər bir valideyn öncə övlad olub… Buna baxmayaraq övlad olmuş valideynin övlada münasibəti ya öz valideyninkindən heç fərqlənmir, ya tam fərqlənir. Dəyişməyən onların övlada münasibətində davranışları ola bilər. Bu da ki, ya zamana, ya da ətraf mühitə uyğun formalaşır. Yəni zaman dəyişdikcə. ətrafındakı insanlar, cəmiyyətin formasına, yanaşma və təfəkkürünə uyğun davranış formalaşır.

Valideyn kimi səhvlərimiz çoxdur. Hansılardır?

  1. Övladımızı zamana uyğun, onun istədiyi kimi böyütmək və ya böyütməmək. Böyüdəndə, bəzi insani keyfiyyətlər yoxa çıxır, böyütməyəndə cəmiyyətə uyğunlaşmır və zamanla ayaqlaşa bilmir.
  2. Seçimlərinə, qərarlarına müdaxilə etmək — kimliyinin formalaşması, ixtisas seçimi, Bunu öncədən edirik deyə, sabah formalaşmamış, asılı və hər şeyə görə bizdən uzaq qala bilməyən iradəsiz, q\rarsız və zəif bir fərd formalaşdırırıq.
  3. Övladımızın maddi, fiziki çətinlik, problemlərini həll edirik, mənəvi və psixoloji problemləri yük kimi qəbul edirlər. Bu cür yük psixoloji xəstəlik və dəlilik kimi qiymətləndirilir və çəkilməsi tövsiyə edilmir, bu zaman işimizi maddi və fiziki yükü çəkmək, problemi həll etməklə bitmiş hesab edirik.
  4. Övladlarımıza qarşı ayrıseçkiliyimiz. Qız övladlarımızı daha qapalı böyüdürük. Onların önündə dayanırıq. Məhdudiyyətlərlə onu sərbəstlikdən məhrum edirik. Ailə quranadək bir cür olur, ailə qurandan, boşanandan sonra isə başqa cür. Ailə quranda həyat yoldaşı önündə dayanır. Boşananda tək yaşayırsa, önü açılmış olur. Ona görə də birdən-birə önü açılmış insan digər insanları öyrənmiş, tanımış olur, birdən — birə formalaşır, insanlara güvənini itirir. Oğlan övladlarımıza qarşı daha liberal, loyal yanaşırıq, önünü uşaq yaşlarından açırıq. Övladlarımızın ya bəri başdan, doğulduğu andan ölənədək önündə durub qoruyaq, ya da yanında olub dəstək olaq, ya da özünün formalaşması üçün və psixoloji bohrana düşməməsi üçün ayrıseçkilik etmədən önünü açıb arxasında və yayanında oluruq. Öncə önündə dayanıb onu qoruyandan sonra sonradan önünü açıb arxasında duranda, psixoloji bohranların olması, güvənsizlik, sevgisizlik, təklik seçimin olması qaçılmazdır. Uşaq ikən arxasında və yanəənda ikən o yaşına uyğun formalaşır, insanları birdən-birə deyil, zamanla tanıyır, seçmək və qərar vermək hüququ və özünə görə məsuliyyət daşımaq, öhdəlik və vəzifələrinin nə olduğunu anlayır.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: