Neytral cümlələrlə yola verərkən…

Demək və yazmaqla yola verə bildiyimiz cümlələrimiz az deyil.

  • Səni əvəz eləmir — ya səndən pisdir ki, əvəz edə bilmir, ya da ki, o qədər üstündür ki, sənin yerin aşağıda qalıb, ona layiq deyil…
  • Özü bilər — ya o özü çox ağıllıdır, qarışmıram, ya da başımı ağrıtmaq istəmirəm deyə, qarışmıram…
  • Ola bilsin — Dəqiq əmin olmadığın və mübahisə etmək istəmədiyin mövzularda neytral və güzəşt xarakterlidir. Ola bilsin, hə, ola bilsin, yox. Qarşı tərəfi öz seçimində azad buraxırsan.
  • Baxarıq — bəlkə də, ehtimal üzərində qurulmuş ifadə həm də şübhə yaratsa da, bir ümid verməklə, neytral hesab oluna bilər.

«Səni əvəz eləmir» cümləsi də «Özü bilər» cümləsi kimi neytral və ikibaşlı cümlədir.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: