Şleyfim…

Aromaterapiyanın nə olduğunu bilirsinizmi?

Yox?!

Ətirlər, efir yağları ilə müalicədir.

Ətirlər həm antidepressant, həm insanın beynini rahatlayan, yuxuya getməsi üçün vasitədir, həm insanın əhvalını qaldırır, gümramlandırır.

Ta qədim zamanlardan bəri ətirlər, efir yağları müalicə vasitəsi kimi istifadə edilməkdədir.

Ətirlər, efir yağları həm çimərkən, vanna qəbul edərkən suya əlavə olunur, həm paltarlar yuyularkən suya bir neçə damcısı qatılır, həm seçdiyi ətirlər vasitəsi ilə insanın xarakteri, xasiyyəti bəlli olur, həm də əvəzedilməz ünsiyyət vasitəsidir.

Bu qədər çox funksiyaya malik olan ətirlərdən savayı ən sağalmaz və ümidsiz xəstəliklərin müalicəsində zarafat, gülüşdən istifadə olunur. Tibb və elm məhz bu pozitivliyin beyinə müsbət təsir etməsi və orqazmə sağalma əmrini verməsini sübut etmişdir.

Müalicənin üçüncü vasitəsi sevgi, diqqət və səmimi ünsiyyətdir.

Gülüş səsli, ətir səssiz ünsiyyətdir və ikisi də unudulmazdır.

İnsanları gülüşünə və ətrinə görə də sevir, seçir, özəl bilirlər.

Bu üçünü bir arada Rəvan Bəşirovun sayəsində tanıdığım Şleyf brend mağazasında satılan ətirlərdə kəşf etdim.

Keyfiyyətli məhsul, səmimi və səbrli xidmət və sizi təəccübləndirəcək qiyməti bu mağazada tapmışam.

Dəyişməkdən çəkinməyin, ehtiyat etməyin.

Ətirlərinizi dəyişin, seçin, sevin.

Mənim artıq öz Şleyfim var, bəs Sizin?

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: