«Evdə qarımışlar» silsiləsindən…

Evdə qız qarıyan və ərə getmək eşqiylə alışıb yanan qızların nəzərə çox çarpan əlamətləri var:

  • Özünü tərifləmək, digər qızları, ələxsus da ünsiyyətdə olduğu oğlanın və özünün rəfiqələrini pisləmək;
  • Dost məclisində qızların içində nümunə üçün tək bir oğlan varsa, qızları iqnor edib o oğlanı qaralamaq, onu sorğu — suala çəkmək;

  • Rəfiqənin toyunda gəlinin gül buketini tutmaq üçün savaşa girmək;

  • Hər salam verən oğlana potensial ər namizədi kimi yanaşmaq;

  • «Filan oğlanın məndən xoşu gəlir, filankəs məni sevir, mənə elçi göndərib, mən rədd etmişəm» lovğalığını etmək;

  • Rəfiqələrinin yanındakı oğlanlara göz qoyub skan etmək;

  • Geyim, davranış, söhbəti ilə oğlanların diqqətini cəlb etmək;

  • Yolda, dost, rəfiqənin toyunda «bu da ərə getdi, ailə qurdu, mən qaldım» düşüncəsinə qapılmaq;

  • Uşaqları, körpələri görəndə uşaq istəmək, analıq instinktini oyatmaq;

  • Özündən üstün qızlara rəqib və düşmən kimi yanaşmaq;

  • Sosial şəbəkə və real həyatda fəal şəkildə ər axtarmaq;

  • Sosial şəbəkə və görüşlərdə evdarlığını sübut etmək cəhdlərini təkrarlamaq;

  • Hormonal gərginlik sayəsində aqressivləşmək;

  • Özünü hamıdan üstün bilmək;

  • Hər kəsi özünə borclu bilmək;

  • Hər sahə üzrə biliyinin olduğunu iddia edib hər kə\sə tövsiyyə vermək

  • Yaşın izlərini örtmək, itirmək üçün kosmetik prosedurlara müraciət etmək, özü kimi süni kosmetik prosedurlar keçməyənləri bəyənməmək;

  • Potensial ər ovuna çıxmaq;

  • Ətrafına daha çox əks cinsin nümuyəndələrini yığmaq və onlara dostluq etmək, ehtiyatda kişi saxlamaq;

 

 

 

 

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: