Hörmətli oxucuma məktub… (Hekayə)

Hörmətli oxucum,

Sənə sayğım böyükdür. Amma sözlərim var sənə, illərdir yığılıb qalıb…

Özüm də bir oxucuyam. Sizin yerinizdə ola bilirəm.

İlk növbədə insanam. Özümü yazıçı, jurnalist saymıram. Nə də ki, iddiam var, istedadlı, mükəmməl bir yazan kimi. Amma 10 ildən çoxdur, bloq işlədirəm. Yazıram.

Bir çoxlarınızdan fərqim bəlkə odur ki, düşüncələrimdə açığam. Düşündüyümü dilə gətirirəm, yazıram. Kimisi bir oxucu kimi bunu əxlaqsızlıq, mədəniyyətsizlik adlandırır, kimisi cəsarət və səmimiyyət. Hər kəs öz düşüncəsində haqlı olduğunu düşünər. Fikirləri, yanaşma tərzinizi dəyişmək və mənə oxşamağınıza çalışmaq kimi məqsədim yoxdur.

Oxucum, bilirsən, bizdə insanlar nə ölülərdən əl çəkirlər, nə də dirilərdən. Nə ölüləri rahat buraxırlar, nə diriləri. Belə yerdə nə diri olmaq istəyirəm, nə də ölü…

 

 

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: