İtin gündəliyi (hekayə)

Темнота не может убить темноту, только свет способен на это. Ненависть не может убить ненависть, только любовь способна на это. Если мы не разделим чью-то боль, то никогда не справимся с нашей собственной болью.

Müəllif: Adı lazım olmayan bir it…

 

Bu gündəliyi yazmağıma səbəb oxuduğumm kitabların,

 hekayələrin mənə çox təsiri etməsidir. Kafkanın “Bir itin araşdırmaları”,

 Əziz Nesinin “Tarzan”,  Azər Qismətin “Məğlub itləri dənizdə yumazlar”

 novlellalarını oxuyun. Bəlkə  biləcəksiniz ki,

mən niyə bu qədər təsirlənib gündəlik tutmuşam.

 

 

I hissə: İt günü

         Bəli, mən bir itəm. Sıradan bir it. Bəlkə də kimin üçün isə bir itin gündəlik tutması, yazıb oxuması bir möcüzədir, bəlkə kimsə bunu sıradan hesab edir, bəlkə kimsə buna inanmır, bəlkə kimsə buna inanır. İnsanların yerinə bir qərar verə, söz deyə bilmərəm. Bilirsiniz, mənə həmişə nə maraqlı olub? İnsanlar biz itlərin həyatını yaşayır, davranışını yamsılayır, ya biz itlərin gününə düşürlər, ya əksinə biz itlər insan həyatını yaşayır, onların davranışını yamsılayır, onların gününə düşürük? Bütün bunlar bir-birinə elə qarışıb ki, ayırd etmək və anlamaq çətindir. İtlər insanlar kimi ali varlıq deyillər, şüura malik deyillər deyə, bu gündəliyimdə yazdığımı ciddi qəbul etməyə bilərlər.

Bilirsiniz, insanlar bizim həm də xətrimizə dəyirlər? Özü də sözlərlə başlayırlar, sonra əmələ keçirlər. Zarafatlarında belə bizi təhqir edirlər.  İnsanlar ən qəddar canlıdır. Hələ bu atmaca və zarafatlarınıza baxın, insanlar: “it sifətini almaq”, “it kimi qapmaq”, “itə oxşamaq”, “it günündə yaşamaq”. Hələ polislərə “it” deməyiniz hansısa məntiqi və əlxaqi çərivəyə sığmır. Özün kimi insanı necə heyvana bənzədə bilmək olar axı?! Sonra da biz itləri bəyənmirsiniz! Siz heç öz içinizdə digər insanları bəyənmirsiniz, qalsın ki, biz itləri, ya da başqa heyvanları bəyənəsiniz. Acınacaqlıdır.

Bilirsiniz, insanlar, əslində biz itlər sizinlə müqayisə edilsək, daha mərdik, daha təbiiyik, sadiqik, dözümlüyük, aramızda elə itlər var ki, zahirən də çox gözəldirlər.

Biz itlər sizə xidmət göstərəndə, sizə minnət qoymuruq, amma siz! Sizin hansı bir haqsızlığınızı yazım, özü də necə yazım ki, xətrinizə dəyməsin, ruhunuz inciməsin?!

Bir itin keçən günləri insan üçün niyə maraqlı olsun ki? əslində, bu gündəliyin insanlar tərəfindən oxunmasını istəmirəm. Bu gündəliyin it tərəfəindən yazıldığını alimlər bilərsə, mənim üzərimdə təcrübələr keçəcəklər, bəlkə hələ başımın içindəki beyini öyrənmək istəyəcəklər. Beynimin imkanlarını yoxlamaq üçün başıma min oyun açacaqlar, sınaqlar keçirəcəklər üzərimdə. İt kimi günüm qara itin günündən də qara olacaq. Əvvəl yaşaığım və narazı qaldığım günlərimə şükür etməli olacağam. Gündəliyim mən öləndən sonra nəşrə verilsin. Ya da müəllifin adı qeyd edilməsin. Ən təhlükəsizi budur. Amma insanlar təbiətcə çox şeylə maraqlanan və hər şeyə burnunu soxan olduqları üçün jurnalistlər, araşdırmaçılar, bəlkə də tərcümeyi-hal yazanlar məni axtaracaqlar, bu gündəliyi yazmağıma səbəb olan insanları, itləri, ya da digər canlıları axtarıb tapacaqlar ki, bir sensasiya yarada bilsinlər.

Bəzən təəssüf edirəm ki, itlərin arasında alim yoxdur. Olsaydı, insanlara alimlərin heyvanlara çəkdirdiklərini, apardığı sınaqları ilə üzərək onlara itin gününü göstərərdilər. İt oyununu açmaq lazımdır ki, bilsinlər, biz itlərin başına  onlar nə kimi oyunlar açırlar.

 

II hissə: İnsanla it

Bəzi insanları çox sevirəm. Sayları az olsa da. Bir sahibim var idi, düzü sahiblik etmirdi. İt kimi məni ailənin bir üzvü hesab edirdi, insanlardan, doğmalarından ayırmırdı. Bir dəfə övladını qonşu uşaqları incidəndə, evə küsmüş və hirsli vəziyyətdə gəlmişdi. Hirsini məni daşlamaqla soyutmaq istəyirdi. Daş atmağa başlayanda atası onun əlindən tutub saxlamışdı. Övladına bilirsiniz nə demişdi?
«Övladım, bax, kimsə səni daşlayırsa, onu daşlamırsansa, səni daşlamayanı da daşlamamalısan… Səni incidəni incitmirsənsə, səni incitməyəni də incitməməlisən. Unutma, istənilən bir canlını incitmək yerə çırpılmış qab kimidir, bir dəfə çırpanda, qırıntıları iri olur, tapıb yapışdırırsan. İkinci dəfə çırpanda, qırıntıların sayı artır, ölçüsü kiçilir, onları tapıb yapışdırmaq çətinləşir, dəfələrlə sındıranda isə onun qırıntıları lap kiçik olur, onları axtarıb tapmaq və yapışdırmaq qeyri-mümkün olur. Tapıb yapışdıranda isə müəyyən bir hissə çatışmır, deşik, boşluq yaranır, o isə həmin yamaqlanmış və yapışdırılmış qabın ən zəif yeri olur.»
Onun övladı çox həssas və tez inciyən idi. Belə anlarında yanında olmaq istəsəm də, ehtiyat edirdim. Birdən məni təpikləyib qovar, üstümə çəmkirər. Bir dəfə atası mənə və evinin damına qonan quş üçün emalatxanasında taxtadan ev tikəndə, övladı gəlib atasına demişdi:

  • Ata, niyə bu evləri tikirsən, onsuz da quş mövsümü gələndə buradan uçacaq, it isə ya öləcək, ya qaçacaqdır. Hələ biz bu iti öz evimizə öyrəşdirmişiksə, onun öz evinə nə ehtiyacı var?

Atası demişdi:

  • Övladım, sən də ailə quracaqsan, onda niyə bir evin olsun ki, bizimlə yaşayırsan, onda səni də küçəyə ataq ki, onsuz da bir gün bizi, bu evi tərk edəcəksən, öləcəksən, qaçacaqsan. Ailə qursan belə, qurmasan belə, sənin də öz evin olmalıdır. Ev insanın hüzur yeridir.»

Bir etiraf da edirəm. Bilirəm ki, insanlar məni düz anlamayacaq, elə biləcək ki, onlara nifrət edirəm. İnsanlar özlərini dəyişib bitirməmiş, bütün təbiəti və canlıları dəyişməyə başladılar. Hər işdə yarımçıq olduqları üçün yamaq kimi gəlir bu dəyişikliklər. Hər dəyişiklikdə bir yeni yoxluq, bir yeni çatışmazlıq var.

İnsanlar bizi dəyişdirir. Təbiətimizi dəyişdirir. Öz nazlarını göstərmək, sosial statusunu gözə soxmaq üçün qlamur və varlılar estetik gözəl itlər saxlayar, onlarla gəzərlər, hətta biz itlərə elə geyim geyindirərlər ki, bizim zövqümüzdə deyil. Heç bizdən soruşmurlar onları geyindirəndə. Biz itləri məcbur edirlər ki, ovumuz olan pişik ilə dostlaşaq, bir evdə yaşayaq, onlara dəyməyək. Biz itləri məcbur edirlər ki, pul, şou və əyləncə xətrinə bir-birimizlə boğuşaq, özü də birinin leşi çıxanadək bu boğuşma davam etməlidir. Bu boğuşmada mütləq bir it məğlub, biri qalib olmalıdır. Sanki özləri özlərinə azlıq edirlər, zatən insanlar şou və pul xətrinə, bəzən əyləncə üçün bir-birini boğuşdurur, öldürürlər.

Hələ əyləncə və bəhsəbəs xətrinə bizi əhliləşdirib ov üçün ora-bura qaçırtmalarını demirəm. Qaçmaq və ovlamaq bizim təbiətimizdə var, biz bunu özümüz istədiyimiz üçün, bəzən isə ac olduğumuz üçün edirik. Daha insanların əyləncəsinə xidmət etmək üçün yox.

Bilirsiniz, qorxaqlar, zəiflər və iradəsizlər iki istiqamətdə qaçarlar, yanlara doğru, geriyə doğru…

Bizi öyrənmək üçün elm sahəsi açmısınız. Kinologiya. Amma hələ də öyrənə bilmirsiniz. Dəhşətlidir. Bunu belə etiraf edə bilmirsiniz.

Insanlar bizi məcbur edir ki, qısa və ya uzaq məsafə yarışlarında pulla qaçaq, hərçənd qalib gələn o pulu görmür. Guya itin pul nəyinə lazımdır ki?

İnsanlar biz itlərin sirkdə və ya yarışmalarda iştirak etməsini tələb edir, bizi əhliləşdirərək musiqi sədası altında rəqs etməyimizi önümüzə məqsəd kimi qoyur. Yenə xeyrini görmürük. Sadəcə itlikdən çıxırıq, özü də məcburiyyət qarşısında.

Gözəllik yarışmasına ala-bəzək geyindirilərək, tükləri daranaraq, kəsilərək forma verilərək, üzünə makiyaj edilərək ortalığa buraxılan itləri demirəm hələ. Bu yarışmasında da sahibi sözü keçən və pullu, vəzifəli olan itlər qalib gəlir.

Küçədə yaşayan itlərin aqibəti də xoş deyil, evdə yaşayan itlərin də… Küçədə bizi daşlayan uşaqlar və böyüklərin qurbanı olmaq, ən sonuncu heyvan olmaq bizi alçaldır. Hərçənd ki, kimsə düşünə bilməz ki, itlərin də qüruru və mənliyi var.

Biz itləri evinə gətirənlər ya təklikdən qurtulmaq üçün bu addımı atır, ya da evindəki övladının ağzını susdurmaq üçün bir oyuncaq kimi məni alıb evinə gətirir. Uşaqlara toxunmaq bizim təbiətə xas olduğundan uşaqlar bizim başımıza istədiyi oyunları açırlar. Bəzən insanlatdan qurtulmağın yolu qaçmaqdır. Amma hara qaçasan, hər yerdə insan var.

Sirkdəki əhliləşmiş itlərə yazığım gəlir. Nə əmr vcrirlərsə, onu da etməlidirlər ki, o gün ac və susuz qalmasınlar. Rəqs edən və min oyundan çıxan oyunçu it məzxərə obyektimdir.

Amma bizə normal yanaşan və yaxşı qulluq edənlər də var, məsələn heyvan həkimləri. Amma onları da məcbur edirlər ki, bizi öldürmək üçün iynə vursunlar, ya da bizi sonsuz qoymaq üçün cərrahiyyə əməliyyatı etsinlər. İnsan haqlarından daşına insanlar heyvan haqlarını qorumurlar. Heyvanları qorumurlar. Heyvanların üzərində ağalıq edirlər.

Polislərin də itləri olur. İtlə polisi bir araya görəndə deyirlər ki, iti itin yanına bağlayıblar… Eh… Biz itlərin insanlara nə qədər köməyi dəyir. Bir dəfə də olsun, təmənnasız etdiyimə görə təşəkkür etməyiblər bizə.

Küçə iti olmaq da bir şey deyil. Küçədəki soyuq, aclıq, səfalət, xəstəliklər, quduzluq itləri haldan salır. Küçələrdə maşınla vurulmuş nə qədər it var, yoldan götürüb kənara atırlar, leşimizi basıran da olmur, nə canımız həyatdaykən kiməsə lazımdır, nə leşimiz öldüyümüz zaman. İnsanlar çox amansızdırlar.

İnsanlar bizim iybilmə bacarığımızdan da sui istifadə edirlər. İyi iyə qatıb məcbur edirlər ki, nəyisə və ya kimisə axtarım tapım. Mənə bu lazımdır?

İnsanlar azadlıq istəyirlər, amma heyvanlara azadlıq vermirlər.

Əslində, itlər insanların bacarmadığını edir. Dinləməyi və dərdə, söhbətə susaraq şərik çıxmağı və anlamağı bacarır.

 

III hissə: Utopiya

Vicdanımla tez-tez və ardıcıl olmasa da, arada ünsiyyətdə oluram. Bu cür ünsiyyət mənəvi yükümü daşıyan ruhumun təzyiqi altında baş tutur. Ruhuma borcluyam, vicdanıma yox. Vicdanım inkişaf və irəliləyişimə, zamana uyğunlaşmağıma çox mane olur. Bu cür ünsiyyəti heç ünsiyyət də saymıram, daha çox sorğu-suala cavab, müzakirəyə bənzəyir. Özü də hökmən ya vicdanım özünü haqlı çıxartmaq istəyir, ya da mən vicdanıma sahibi olduğumu xatırladıb, üstünlüyün və son sözün məndə olduğunu tez-tez vicdanımın başına qaxıram.          Vicdanım məni çox baqaja qoyduğundan onu çox vaxt yola verirəm, hər işdən ən son xəbəri o tutur, öncədən bilsə, məni fikrimdən döndərə, kəskin və məntiqi arqumentlər ilə özünü haqlı çıxara bilir deyə, mənə xeyir etmir, çünki bütün planlarımı pozur.

Mənə kimsə sual verib rəy və fikrimi bilmək istəyəndə küncdə-bucaqda gizlənən yol polisinə bənzəyən vicdanım özünü ortalığa atır ki, cavabım vicdanlı olsun.
Hələ də, anlaya bilmirəm ki, vicdan indi kimə və nəyə lazımdır?!
Bir sirr açım da sizə. Əgər mən çox düşünürəmsə, sualınıza gec cavab verirəmsə, demək ki, vicdanım ilə söz güləşdirirəm. Vicdanım susmayanda ağzına bir sillə ilişdirirəm, başı qarışan kimi ağrıya, dərhal mən fürsətdən istifadə edib sualınıza cavab verirəm.

Vicdanıma başa sala bilmirəm ki, onun nə deməsi, tövsiyə bilməsi, məsləhəti, özü belə mənə lazım deyil.

Vicdan ağıl öyrətməyə çalışanda ağlımı və təhtəlşüuru qızışdırıb salıram üstünə, rasional şüur və məntiqi təhtəlşüura cavab tapa bilməyən vicdan bir müddət inciyib susur. Hələ vicdanımın ümid bəslədiyi, güvəndiyi nə olsa, gərək? Gülünc olsa da, deyəcəyəm, ürək, hiss və emosiyalar… Mən hara, ürək hara, hiss və emosiyalar hara?!

İtliyimlə bunu başa düşürəm. Əslində, bunu mənə küçə və ya məhlə həyatımdakı həyat təcrübəm və varlıların həyat təcrübəsi ilə tanışlığım öyrədib.

Vicdan bir insanda necə varsa, nəyə yarayırsa, itdə də elədir.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: