Dayan (hekayə)

Onu 2 ay yarım idi ki, görmürdüm. Unudulurdu. Ötən həftə kimi bu həftə də çərşənbə axşamı gördüm onu. Marketə gedirdi. Ya pivə almağa, ya da araq almağa. Bir o yadımdadır ki, hər dəfə mənimlə görüşəndə içkili olardı. Hər dəfə onu görəndə, soruşmaq istəyirəm: «İndi kiminlə görüşməyə gedirsən, kimə görə içirsən?»

Bir məfhum olaraq yerimi tapa bilməmişəm. Niyəsini bəzən özüm də bilmirəm. Özümə bir məfhum olaraq ad seçməkdə çətinlik çəkirəm.
Qanun olmaq istəmirəm. İndi qanundan insanlar sadəcə ehtiyat edirlər, o da qanunu pozanlara cinayətkar adını verirlər və onlara cəza kəsirlər, bəzən isə cərimələyirlər deyə. «Qanun qarşısında hər kəs bərabərdir» cümləsi də keçmişdə qalıb deyə, indiki zamanda gülməli səslənir. Qanun tərəzisində indi haqq və ədalətin çəkisi daha az gəlir. Qanun satılır, alınır, qiymətini müəyyən edir sözü keçən insanlar…
«Qanun önündə cavab vermək» də indi gündəmdə deyil. Ayrıseçkilik, böhtanlar, şərləmələr indi qanunun düzgünlük görən gözlərini bağlayıb. Femida kor qalıb, gözlərini çıxardıblar ki, həqiqəti görməsin, heyif qulaqlarını kar etməyiblər, ya da dilini kəsməyiblər. Birdəfəlik ahəngdarlıq yaranardı.
Qanunauyğunluqlar adından nə qədər tələblər sırınır insanlara, təbiətə, canlılara. Kənardan baxanda bu qanunauyğunluqların yaranma mənbəyinin qeyri-müəyyənliyinə təəccüb edirəm.
Yazılmamış qanunlar. Gülməli olan bilirsiniz nədir?! Yazılan qanunları insanlar vecinə almırlar, amma yazılmamış qanunlar insanları idarə edir.
Körpü olmaq istəmirəm. Bir həyatından bezmiş canlı terrorçu gəlib məni partlatsın? Ya da daha çox pulu cibinə atmaq üçün keyfiyyətsiz tikinti məhsullarından məni tiksinlər ki, yarımillik ömrüm olsun, dağılım ki, yenə təmir və tikintiyə səbəb yaransın, yenə də bunun üçün pul ayrılsın.
Ya həyatından bezmiş birisi özünə daşıya biləcəyi yükdən artıq yük daşısın və məndən keçsin. Əlim-ayağım üzülməzmi? Üzülər, təbii ki, üzülər.
Ya da unutmaq istədiyini və keçmiyi silməyini bəhanı edib özündən sonra keçdiyi körpünü yandırmaq da bir mənasız və ədalətsiz addımdır. Bax, mənim nə günahım var axı?! Özünüzü yandırın, məni yox!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: