Cinsi olmur

İnsanlığın cinsi olmur. Hüquqların cinsi olmur. Azadlığın cinsi olmur. Əməllərin və niyyətin cinsi olmur. Ruhun cinsi olmur. Dostluğun və sevginin cinsi olmur. Hisslərin cinsi olmur. Həqiqətin cinsi olmur.  Həyatın cinsi olmur.  Zarafatın cinsi olmur.  Fikirlərin cinsi olmur. O qədər susuruq ki, danışmağı unuduruq… O qədər sükunəti dinləyirik ki, səslərə cırnayırıq…

Ваша оценка:

Qadın-kişi hüquqlarının bərabərliyi

Qadın və kişi hüquqlarının bərabər olduğunu qəbul edirəm. Ona görə də: 1. Mənə kişi (oğlan) ictimai nəqliyyat vasitələrində yer verəndə oturmuram ki, onun da oturmaq hüququ var. 2. Növbə yaranarkən (məsələn maaş verilən gün bankomatın önündə) kişilər məni önə buraxmaq və öz növbələrini mənə vermək istəyəndə, etiraz edirəm ki, onlar da mənim kimi insandır. 3.Продолжить чтение «Qadın-kişi hüquqlarının bərabərliyi»

Ваша оценка: