Dərin…

Sənə sevgim… Düşüncələrim qədər dərin, baxışlarımız qədər uzaq, hisslərim qədər çılğın, həyatın rəng çalarları qədər fərqli, təbiət qədər gözlənilməz idi…

Sənə fikrim… Yuxumu dağıdacaq qədər önəmli, beynimi rahat buraxmayacaq qədər sərbəst, həyatın özü qədər fəlsəfi, təbiətim qədər mürəkkəb idi…

Sənin özün… Mən idin… Sanırdım ki, mənim özümsən… Nəhayət ki, tapmışam… Sevib sevilirəm…

Sənin özün… Eh… Səndə də yanılmışam…

Mən özüm… Özüm özümü növbəti dəfə aldatmışam…

Mən özüm özümü ən dərin quyuya atmışam…

Mən səni yerin ən dərin qatına basdırmışam…

Sus… Zatən dərinliyə varmaq mənlik idi… Dərin olmaq da bir şey deyil… Dərinə getmək… Bilirsən, necə əzab verir insana dərin olmaq, dərinə getmək?!

Zavallı, hardan biləsən?

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: