Bəzən xoşbəxtlik

Bəzən xoşbəxtlik təklikdə dondurma yeyərək kitab oxumaqdır…
Bəzən xoşbəxtlik işdən evə tələsik qaçmaqdır…
Bəzən xoşbəxtlik təbiət qoynunda ildırımın səsini dinləmək, meşəlikdə gizlənən bakirə şəlalənin gözəlliyinə vurğun olmaq, yağışın altında rəqs etmək, heç kimi vecinə almadan ucadan «Mən xoşbəxtəm» qışqırmaqdır…
Ən böyük xoşbəxtlik isə sadəcə var olmaq, yaşamaqdır..