Getməyə nə var ki… (Nicat Qafurogluya nəzərən)

Getməyə nə var ki, yoldan çox yol var, səbəbdən çox səbəb, bəhanələr də ki, n qədər…

Getməyə nə var ki, son sözünü desən də, sussan da, getmək nə cəsarət tələb edir, nə də ki, məsuliyyət…

Getməyə nə var ki, qaçırsan hər şeydən, hamıdan, gedirsən özünə, qapanırsan…

Getməyə nə var ki, hər kəs günahkar olur getməyinə bir özündən savayı…

Getməyə nə var ki, özündən sonra lap yolları, körpüləri yandır, bitir, unut…

Getməyə nə var ki, özündən başla aldatmağı…

Getməyə nə var ki, ən çətini qalmaqdır… Ən çətini getməməyə səbəb tapmaqdır… Ən çətini getməməkdir…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: