Oyuncaqlarım…(Nicat Qafurogluya nəzərən)

Uşaqlığım lənətə gəlmiş dövrə düşdü…

Hakimiyyət devrildi, böhranlar ard-arda bir-birini əvəzlədi, kütləvi ixtisarlar, işsizlik uşaqlığımızı yaşamağa qoymadı…

Uzanan növbələr, müharibə… Uşaqlıq illərində uşaqlıq oyuncaqlarımızın sayı az idi… Pul ancaq geyim və yeməyə çatırdı… Yoxsulluq… Lənətə gəlsin kasıb olmaq… Yoxsulluq içində böyümək, istəklərini rədd cavabını eşitməyib, ağlamamaq, inciməmək üçün boğmaq… «Böyüyəndə özüm alaram, eybi yox» təsəllisi verib varlı olmağa, pul harda var, ora can atmağa çalışmaq… Çalışmaq, özü də ki, nəyi var, böyümək, böyüyəndə də çalışmaq, pulu önə çəkmək…

Yoxsul insanlar, uşaqlar böyüdükcə, pulu birinci yerə qoyurlar, pulsuzluq uşaqlıqdan məhrum edib onları…

Yoxsul ailədə böyüyənlərin bir-iki oyuncağı olar deyə, böyüyəndə daha çox oynayarlar, o da oyuncaqları insan olar…

Yoxsul ailənin uşaqları pulsuzluğun oyuncağı olduğu kimi o uşaqlar böyüyəndə yoxsulluğa nifrət edər… Oyuncaqları daha bahalı, təhlükəli, canlı olar… Oynadıqları insan taleyi olar…

Mən böyüdüm, çalışdım, yoxsulluq çıxmadı canımdan, uşaqlığım da… İndi insanlar ilə oynamamaq üçün qızıma aldığım bahalı oyuncaqlar ilə oynayıram…

Böyümək istəmirəm, oynamaqdan doymuram…

Nə olar, ana, qızım, bir az da oynayım… Mən axı hələ uşağam…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: