Kimiyəm…

Bumeranq kimiyəm, haradan və harada atsan, oradan və oraya üstünə geri qayıdacağam.

Sənə səni sevdiyimi etiraf edəcəyim gün ayrılacağıq. Ən yaxşısı, ya səni sevməyim, ya da susaraq sevim…

Kişisiz qadınlar qadınlarsız kişi kimidir, həm qadındır özünə, həm də ki, kişi…

Mənə görə sevgi də spirtli içki kimidir, içinə qəbul etdiyin zaman ya kəskin güldürür, ya kəskin ağladır! İçinə çəkməmişdən öncə əhvalın, içki ortamın, faizin, səbəbin var, bunu susub gizlədirsən, hər içdiyin qurtumda…