Məni anlamaq çətindir

Məni anlamaq çətindir. Güləndə səbəbini gizlədir gülüşüm, fikrə dalanda fikirlərimi, ağlayanda dərdlərimi…


Məni anlamaq çətindir. Hər kəs üçün bir dəli qızam, dəliliyimə belə sanki müalicə yaramır.


Məni anlamaq çətindir. Anlayan da susacaq, çəkiləcək kənara, anlamayan didib yeyəcək, bitirəcək məni.


Məni anlamaq çətindir. Ruhumun nə halı var, öz dünyamda nələr var, nələr çatışmır.


Dayan. Anlamağa çalışma məni. Məni anlamaq çətindir. Sən də məni anlamazsan…