Bişirdiyim yemək

Sən bişirdiyim ən dadlı yeməksən. Səni sənin üçün sevgi ilə bişirdim. Bu yeməyin ətri belə iştahamı açır. Fərq etməz saatı. Səni yemək istəyirəm…


Təkliyinə aşiq olan qadın özünə özünü bişirir hər gün. Özünə sevgisi az, ya artıq olanda yeməyin dadı dəyişir. Ya atmalı olursan zibilliyə, ya da yeyib bitirməli…


Sən bişirdiyim ən özəl yeməkdən. Hər gün yorulmadan, bezmədən, səni bişirib yemək istəyirəm…


Sən bişirdiyim ən estetik yeməksən. Süfrəyə qoyanda səni, bəzəyirsən oranı…


Sən bişirdiyim ən maraqlı yeməksən. Reseptini gizlədirəm başqasından. Səni bişirən olmasın deyə. Səni mən bişirmişəm. Mən də səni yeməliyəm…