«Ər» xəstəliyi…

Bir çox ailələrdə qız anaları övladlarının təhsilindən və işləyib pul qazanmasından öncə ərə getməsini düşünür. Yəni təhsili qiyabi də, axşam oxumaqla da ala bilər, əri işləyirsə, işləməyə bilər, əri icazə versə, işləyər.

Hələ mənim ailəm ziyalı, ali təhsilli və sağlam düşüncəli ailədir, anam da ilk düşündüyü təhsilim və karyeram olsa da, qız anası kimi düşünürdü.

Evdə qızı olan ana ilk düşündüyü qızın cehizidir. Qız doğulan gündən ona cehiz yığmaq məsələsidir.

Anam orta məktəbdə oxuyanda həmişə deyərdi ki, əsas ali məktəbə daxil ol, indi oğlan, sevgi barədə düşünmə. Təhsil qız üçün önəmlidir. Burası ilə razıyam.

Universitetə girəndən sonra deyirdi ki, əri ali məktəbdə axtarıb taap bilərsən, hələ 6 ilin var. Yəni həm təhsil al, həm axtar tap. Yəni ali məktəbdə ər tapmasan, işləyərkən işdə tapacaqsan. Nə ali məktbədə, nə işdə tapa bilməyəndə, qonşu, qohum, ailə dostları narahat olmağa başlayır ki, qızda problem var, sevəni, bəyənəni yoxdur. Elə bil, qız onlar üçün ərə getməlidir. Ərə getməsə bunlara yük olacaq. Bununla razı deyiləm. Bax, mənim ərə gedib getməməyimdən onlara nə?! Ərə gedib bədbəxt olanda da, deyirlər ki, ağıllı, müəyyən yaşa gəlmiş adamsan, ərə getməzdin! Yəni ki, istənilən halda, onlara yarına bilmirsən! Bəlkə heç yarınmayaq?! Onsuz da ərə getməyəndə bir şikayət, narahatlıq, narazılıq, ərə gedib özünü təcrid edəndə, ayrı bir dərd, ərə gedib boşananda, dul qalanda, ər tərəfindən atılıb tək qalanda ayrı bir problem.

Yaşın üstünə yaş gəldikcə, ərə getdiyini hərtərəfli hiss edəndə də, ər seçmək çətin olur. Artıq xüsusi tələb və standartların, şərtlərin olur. Kimisə bəynmirsən, seçici olursan. Deyirsən ki, məndə hər şey var, sən mənə məndə olmayan nə təklif edə bilərsən?! Pul? Özüm işləyirəm! Karyera? Zatən işləyib öz savad, bilik və təcrübəmlə qururam! Ev? Özüm öz qazandığım pul ilə tək yaşa bilirəm!Avtomobil? Onu özüm də istəsəm, ala bilərəm! Hüzur? Onu sən olmadan da özüm üçün yaratmışam! Azadlıq? Kişi və ailə olan yerdə azadlıq olmur. Maraqlı həyat? Onsuz da özüm öz həyatımı daha da maraqlı edirəm! Xoşbəxtlik? Tək, münasibət qurmadan da xoşbəxt olmağın yolları var! Sevgi? Olmayan bir şeyi necə verəcəksən? Övlad? Övladlığa götürülməli olan o qədər uşaq varkən, neyləyirəm, sənin genini və xarakterini daşıyan ikinici birisini?! Ruh? Ruhu olan insanı məsafədən tanıyıram! Yaradıcılıqda məhdudiyyətin olmaması? Zatən yaradıcılığım var, kiməsə görə ondan imtina edən deyiləm! Dostluq? Dostluq üçün dostlarım var! Anlayış? Anlayışı ailə qurana qədər göstərəcəksən! Hörmət? Özünə hörmət etməyi öyrən ilkin olaraq! Seks? Seks üçün ailə qurmağa dəyməz. Onu ailə qurmadan da yaşamaq olar! İnkişaf? Sənsiz də öz üzərimdə işləyib inkişaf edirəm! Nə qaldı başqa? Görürsən, alınası nə varsa, özüm alıram, qazanılası nə varsa, özüm qazanıram, yaradılası nə varsa, özüm yaradıram, səni neyləyirəm?!

Ərə getmək istəməyən qızları da mənəvi, psixoloji, fiziki təzyiqlər, şiddət yolu ilə ərə verirlər.

Bir də var, doğulan kimi ancaq həyatda yaşamaq məqsədi və hədəfi kimi ərər getməyi seçən qızlar tipi! Onlar ona salam verən hər oğlan, kişiyə tamah salır, onları potensial ər kimi görürlər!

Maraqlıdır mənə, səndə nə çatışmır ki, onu ərdə axtarırsan?! Bakirəlik dərdi! Seks! Övlad! Valideynlərin, ictimai qınağın canında qurtulmaq! Sırf ailə qurmaq! Sırf kişiyə xidmət etmək! Sırf ailə qurub boşanıb sonra tək yaşayıb azad olmaq! Dəyərmi, sırf buna görə ərə gedib həyatını, gələcəyini məhv etməyə, təhsil, karyera barədə düşünmədən, sağlam düşüncə və gələcəyini təmin etmədən ərə getmək! Övladına yazıq deyilmi? Gələcəyimizə heyfin gəlmirmi?

Bir də ərə getməyən qızların rəfiqələri ayrı dərddir! Özləri ərə gedib xoşbəxt yaşayanlar, ağ günə çıxanlar! İmkanınız olsaydı, keçmişə dönə bilsəydiniz, ərə getməzdiniz! Ərə getdiyinizi bir səhv kimi qəbul edirsiniz, xoşbəxt deyilsiniz, amma susursunuz! Çünki özünüz bədbəxt olduğunuz üçün kimisə xoşbəxt görmək istəmirsiniz! Görə bilmirsiniz! Qısqanclıq, paxıllıq!

Ərə getmək də yoluxucu xəstəlik kimidir! Hər kəs istəyir, yoluxur, yoluxandan sonra sağalması çətin olur, xəstəlik sağalsa belə izini qoyur!

Yoluxmayın, tələsməyin! Bu xəstəliyin müalicəsi yoxdur!

Bir də həkim yanına gedəndə, sənin ərdə olub olmamağını soruşmağı ayrı dərddir! ərə get, sğaalacaqsan! Ay həkim, başına dönüm, ər yerinə kişi var həyatımda, seks də! Bunun üçün ər nəyimə lazımdır axı?!

Bir də işə gedəndə müsahibə zamanı ərdə olub olmamağını soruşurlar! Ərdə olanda, uşaq niyə bir nəfərdir, niyə davamı gəlmir, olmayanda, niyə doğmursan! Ərdə olmayanda, niyə ərdə deyilsən, ırı get kimi tövsiyələr! Elə bil ki, mənim işgüzarlığıma, savadıma ər təsir edir!

Ətiniz tökülməsin! Elə hamınızın!

Ərə getməyə tələsənlərin də, ərə verməyə tələsənənlərin də, ərə verməyə məcbur edənlərin də, ərə verənlərin də!

Siz ərə getməyin! Əsla, ərə getməyin! Nəsliniz kəsilsin! Mənə sağlam düşüncəli gələcək lazımdır!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: