Xoşbəxt yaşamağın 20 qızıl qaydası

Həyatda xoşbəxt yaşamağın bir sirrini də paylaşım, özünüzü bunlara hazır edin:
1. Nəyisə başlayırsınızsa, onun bitməsinə hazır olun;
2. Nəyisə/kimisə qazanırsınızsa, onu itirməyə hazır olun;
3. Nəyisə/kimisə əvəzedilməz saymayın. O olmayanda yerini boş qoymayın, alternativ variant ilə əvəzləyin;
4. Hər zaman ən pis və ən yaxşı halda ssenariləriniz və ehtiyat variantlarınız əlinizdə olsun;
5. Susun, müşahidə edin, bilik əldə edin, alınmırsa, özünüzü dəli kimi təqdim edin;
6. Özünüzdən savayı kimisə sevmyin və kiməsə güvənməyin;
7. Emosional deyil, rasional davranın;
8. Soyuqqanlı olmağı öyrənin;
9. Düzgünlüyünüzü və doğrularınızı özünüz üçün saxlayın;
10. İnsanlara xarakterinizin müsbət tərəflərini və üstünlüklərinizi göstərin, mənfi tərəf və çatışmazlıqları özləri axtarıb tapacaqlar;
11. Daha çox gülümsəyin;
12. Güclü deyilsinizsə, güclü kimi görsənin;
13. İnsanlar ilə davranış zamanı ayna olun;
14. Mübahisə yox, müzakirə edin;
15.Sözlərə deyil, əməllərə üstünlük verin;
16. Kiməsə nəsə söz verməyin;
17. Neqativ insanlardan uzaq olun;
18. Nəyisə/kimisə dəyişməyə cəhd etməyin;
19. Boş vaxtınızı artırın və özünüzə ayırın;
20. Sağlamlıq və vaxtınızı hər şey/kəsdən üstün tutun.