Yoxsulam!

Mən yoxsulam!

Həmişə varlılara, orta səviyyədə olanlara həsəd aparmışam!

Niyə! Çünki mən də onların bir gününü yaşamağa haqq etdiyimi düşünürəm! Bəzən o qədər dua edirəm ki, onların yerində olum! Bəzən elə dua edirəm ki, onlar mənim yerimdə olsun!

İnsanlar məni qınayır ki, yoxsul olmağıma özüm günahkaram! Vaxtında özümə gün ağlamamışam! Axı kimsə mənə kömək etməmişdir! İndi də qınayacaqlar ki, niyə kimdənsə kömək umursan! Özün üçün özün et!

Bəlkə də, məni qınamaqda haqlıdırlar. Amma başqa cür olmur. İllərlə yığılmış qəzəb, paxıllıq, nifrət, fəsadlıqdır! Dəyişə bilmirəm! Zamanla tikə-tikə yemişəm, udmuşam, həzm edilməyib onlar….

Yoxsul olduğum üçün təhsil ala bilmədim! Yazıb oxumağı bacara bilmirəm! İşlədiyim işlərdə əzib keçirlər, qəpik-quruş verirlər, alçaldırlar!

Kitab oxuya bilmirəm, təhsilim yoxdur deyə, savadsızam, beynimdəki fikirlərim yoxsuldur, dşüüncələrim yoxsuldur!

Qadınlar yoxsul kişilər ilə yaxınlıq etmir, yoxsul kişini sevmir deyə qadınlardan acam, ehtirasım belə yoxsuldur, acgöz yoxsul! fahişələrə belə pul lazımdır!

Mənəviyyatımı necə zəngilləşdirə bilərəm!?! Mənəviyyatı olan insanların əhatəsində deyiləm! Harada və necə mənəviyyatı zənginləşdirmək olar? Ora belə buraxmırlar! Mənəvi zəngin insanlar, ziyalılar məni özünə yaraşdırmırlar!

Mədəni istirahətim belə yoxdur! Mədəniyyətdən necə zəngin ola bilərəm?! Mədəniyyətim var idisə də, yoxsulluğun bataqlığında batıb qaldı!

Zövqüm belə yoxsuldur! Zövq formalaşan yerlərin qapısı üzümə bağlıdır!

Sonra da deyirlər pul hər şeyi həll etmir! Yoxsul olmasaydım, təhsilim də var idi, işim də, mədəni istirahətim də, sosial həyatım da, qadınım da! Ən əsası pulum olsaydı, mənəviyyatımı zənginləşdirərdim! Eh, zövqü zənginləşdirməyə nə var ki, yetər ki, pul olsun!

Mən isə yoxsulam! Adım üstündə! Yoxsul! Hərtərəfli yoxsul! Məni düşünməyin!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: