Əgər, onda… (münasibətlər barədə)

Kiminləsə münasibət qurmağa başlamamışdan öncə müşahidə etməyi, düşünməyi və nəzaərt mexanizmini işə salmağı unutmayın. Bütün bunlar üçün isə məntiqi və rasional düşüncə və məntiq aktivləşdirilməlidir.

  1. Bir insanla münasibətiniz, marağınız, əgər siz qadın və ya o kişidirsə, demək ki, seksual yaxınlıq olana qədər qalacaq. Seksual yaxınlıq insanı fiziki yaxın edir, mənəvi , intellektual, yaradıcı və psixoloji cəhətdən uzaqlaşdırır. Məhz seksual yaxın olduğunuz insandan sizin ağıl, savad və intellektinizi, yaradıcılığınızı qiymətləndirməyi tələb etməyin, şərt kimi qoymayın. Çünki artıq mənəvi. intellektual, yaradıcı və psixoloji yaxınlıq və maraöı seksuallıq ən son plana atıb, bəlkə də plandan kənara çıxardıb. Vaxtın olmaması bir bəhanədir, səbəb deyildir. Vaxt lazım gələrsə, düzgün idarə edilərsə, priroritetlər müəyyən olunarsa, mütləq tapılar.
  2. Stereotiplər, klişelər varsa, demək ki, şübhələr vardır, demək ki, inamsızlıq var. İnamsızlıq üçün səbəb varsa, bu münasibətin bitməsinin ilk əlamətidir.
  3. Vaxtın mütləq çatışmazlığını səbəb kimi təqdim edirlərsə, demək ki, sizin onun vaxtını almağınız zamanı bitməyə doğrudur. O vaxtını sizə sərf etmək istəmir. O zaman öz vaxtınızı da ona sərf etməyin. Sizin vaxtınız və səhhətiniz hər şey və hər kəsdən üstündür.
  4. Qarşılığı olmayan bir münasibətdə biri ancaq alırsa, digəri ancaq verirsə, bu münasibət insanın ruhunu tükədir, enerjisini alır, əksinə yükləyir, yorur. Bu cür münasibətlərin olmaması və tezliklə bitməsi doğrudur.
  5. Əgər bütün vaxtı telefona girirsə, siz yanında olanda, diqqəti sizdə deyilsə, demək ki, siz onun marağında deyilsiniz. Bu qeyri-etik davranış olsa belə, ayrılmaq vaxtının gəldiyini, həmin insan üçün önəmli biri olmadığını anlamağa bir işarədir.
  6. Əgər birinin kompleksi və problemi çoxdursa, şikayət edirsə, o insanın da sizdən razı qalacağına inanmaq sadəlövhlükdür. Siz onun üçün problem, şikayət edəcəyi mənbə ola bilərsiniz, bəlkə də bu mənbəyin özüsünüz. Belə halda, bu münasibəti bitirmək lazımdır. Əks halda, kompleks, problem və şikayətləri ilə sizi yükləyəcək.
  7. Bir insanın həyatında başqa birisi varsa, biri ilə münasibətiniz alınmırsa, onunla bitirmək, ayrılmaq doğrudur. Onu unudun və onun öz həyatını yaşamasına mane olmayın. Siz öz həyatınızı yaşayın.
  8. Yaradıcılığınız ilə məşğul olmağınız, yaradıcı olmağınız münasibətlərdə özünü göstərirsə, ona etdiyi təsiri və göstərdiyi nəticələri təhlil edin. Mənfidirsə, münasibəti bitirin.
  9. Bir adam susub etiraz etmirsə, ya həmişə sizin fikrinizlə razılaşırsa, ya onun öz fikri yoxdur, ya sizi itirmək istəmir, ya sizin xətrinizə dəymək istəmir, ya müzakirə və mübahisəyə meylli deyildir, ya da sizi yola verir. Hər bir halda, bu insanın sizə uyğun olmadığını anlayın və ayrılın.
  10. Mütləq öz zövqünüzü, fikirlərinizi, seçimlərinizi üstün tutun. Onları özünüz formalaşdırın. Öz istirahət yolunuzu, mədəni seçimlərinizi, yaradıcı seçimlərinizi özünüz üçün inkişaf etdirin.
  11. İnsanlardan ayrılmağı və onlarsız yaşamağı, onları itki kimi qəbul etməməyi öyrənin.
  12. Vaxtınızı özünüzə sərf edin.
  13. Kiminsə istəyi, tələbi, şərtləri, təzyiqi altında dəyişməyin. Ancaq öz üzərinizdə işləməklə, özünüzü inkişaf etdirməklə, öz istəyiniz üçün dəyişin.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: