Dostluq və iş

Şəxsi həyat təcrübəsi və müşahidəm mənə icazə verir ki aşağıdakı həqiqətləri sizinlə paylaşım:

1. İş yerində iş yoldaşı və həmkar var, dost yoxdur;

2. Dost olduğun insan ilə iş qurmaq, şirkət, biznes idarə etmək, ortaq olmaq doğru deyil;

3. Dostunu öz işlədiyin yerə işə gətirmək səhv addım və seçimdir;

4. Dostluq etdiyin insanın qərəzli davranışına, işinə məsuliyyətsiz yanaşmasına, vəzifəsindən sui istifadə etməsinə, korporativ idarəetmə prinsiplərini pozmasına, qeyri-peşəkar olmasına, işə gecikməsinə göz yummaq tələb olunur;

5. Dostu ictimai şəkildə tənqid etmək, işinə irad bildirmək özünə düşmən qazanmaq deməkdir;

6. Dost ilə işləmək işdəki sevgi romanlarının sayının artması və görülən işin keyfiyyətinin aşağı düşməsi, obyektivliyin yox olmasıdır;

7. Dost ilə birlikdə işlədiyin zaman umub küsməyi nəzərə almaq lazımdır;

8. Maaş almamış tez-tez borca pul götürmək, avans istəmək halları çoxalır;

9. Dost subardinasiya qaydalarını heç sayır, görməzdən gəlir;

10. Haqlı düzəliş, redaktə və iradları sağlam və məntiqi düşüncə, rasional, praqmatik şəkildə qəbul edə bilmir.