Məhv etdiyimiz gələcəyimiz…

Gələcəyimiz göz önündə məhv olur. Onu biz uşaqlarımızı uşaq ikən tərbiyə edərkən, ya da tərbiyə etməyərək məhv edirik. Necə?

1. Onlara onların orqanizminə ziyan olan hər şeyi alıb verməklə. Onların uşaqlıq illərinin uşaqlıq kimi qalmasını əlindən almaqla, onların böyüməsi, yaşından tez böyüməsi, ərköyünlüyünü qidalandırması ilə;

2. Onları ictimai yerə pul qazanmağa, insanlara fırlatmağı öyrətməyə göndərməklə, gec saatlarda təhlükəli küçələrdə təhlükəli insanların içinə atmaqla;

3. Uşaqları qudurğan, meşşan həyatına, göstərməçilik tempi ilə yaşamağa öyrətməklə;

4. Sosial bərabərsizlik mühitində böyütmək və bunun təbii olmasını onların beyninə yeritmək, bülinq üçün şərait yaratmaqla;

5. Uşaqlarımıza yetərincə çox diqqət ayırmaq, ya da ayırmamaqla;

6. Uşaqlarımızı müqayisə etməklə, birinin uşağının kimliyini yüksəldin, öz övladının səviyyəsini, şəxsiyyətini alçaltmaq, onda həmin insana qarşı haqsız nifrət və paxıllıq hisslərini oyatmaqla;

7. Ayrılarkən uşaqlarımızı silah kimi qarşı tərəfin əleyhinə silah olaraq istifadə etməklə;

8. Övladlarımızı cinsinə görə ayrışeçkilik etməklə;

9. Məktəb yaşında olan övladlarımıza təhsil, savad vermək yerinə, onlardan məhrum etməklə;

10. Ailədaxili şiddətə qurban verməklə.