Seçim qarşısında…

İki kəndir asasan…
Biri sənə deyilən yalanlar, verilən vədlərdən hörülmüş olsun…
Biri sənin doğrularını kölgədə qoyan yalanlarındsn hörülsün…
Hansı gözəl görsənsə, oradan asasan xarakterini, düşüncələrini…


Bir qazan suyu qoyasan odun üstünə…
Birində vicdan, ürək, beynini bişirəsən…
Birində də sevdiklərini…
Hansı tez bişsə, ətri ilə cəlb etsə, gənclik məlhəmi edəsən özünə…


Bir torba asasan evinin kəndarından…
Birində sənə atılan şərlər olsun, adına qoyulan adlar…
Birində də özün..
Hansının çəkisi ağır gələrsə,
Düşüb yerə tikə-tikə olsun…


Bir söz olsun, demək istəyəsən… Deməyəsən… Demək istəməyib, deyəsən…
Sonra qaçasan özündən, sözündən…
Yox… Bu mən deyiləm… Yox… Mən bu deyiləm…