Abort etmək və ya uşağı saldırmaq onu doğmaq seçimi kimi anaya məxsusdur.
Abort etmək seçimini adətən analar məcbur olduqları üçün verirlər. Səbəblər bunlar ola bilər:
1. Ananın səhhətindəki problemlər;
2. Hamiləliyin ana tərəfindən ağır keçməsi;
3. Cari və gələcək zamanda maddi və hüquqi durum və çətinliklər;
4. Psixoloji çətinlik;
5. Qadının tənha ana olması və uşağı tək böyütmə seçimi ilə qarşılaşması;
6. Uşağın atasının yaxasını bir kənara çəkməsi və uşaqdan imtina etməsi.
7. Qadının ailə statusu, ailəli olmaması;
8. İşləyən qadının uşağına baxmaqda çətinlik çəkməsi;
9. Ailəli olmayan qadına ictimai rəyin pis olması, işgüzar və şəxsi nüfuzun aşağı düşməsi, valideynləri ilə münaqişənin yaranması ehtimalının böyük olması;
10. Uşaq doğulan zaman xərclərin artması və hüzurun pozulması ehtimalı;
11. Öz şəxsi həyatından imtina edilməsi;
Bu və ya digər səbəblərə görə qadın uşağı doğub doğmayacağı ilə bağlı qərar verməsində sərbəstdir.