Komfort zonası

Komfort zonası insanlara rahatlıq və hüzur versə də, çox şeyi əlindən alır:

1.Zaman-insan zamanla ayaqlaşa bilmir. Özünə qapıldığı və ya özü üçün konfort zonasında özünü saxladığı üçün zamanını itirmiş olur. Zamana sərmayə qoymaq lazımdır. İnsan özünə və zamanına sərmayə qoymalıdır. Amma komfort zonasında qalmamaq şərtilə. Arada fasilə məqsədilə konfort zonasına girmək və dincəlmək olar, amma özünü həbs etməmək və uzun müddətə orada qalmamaq şərti ilə. İnkişaf zamanla ayaqlaşır, zaman keçdikcə, dəyişikliklər olur.

2. İmkan və şanslar— komfort zonasında olan insanların zamanın verdiyi imkan və inkişaf, seçim etmək və qərar vermək, şanslarından istifadə etmək kimi amillərdən özünü məhrum etmiş olur. Çünki bunlar müəyyən zaman çərçivəsində olur və təkrarlanmamaq ehtimalı vardır. İmkanları görmək və onlardan istifadə etmək üçün ictimai fəallıq, konfort zonasından çıxmaq lazımdır.

3. İnkişaf və dəyişiklik — bu zona insanın özündəki dəyişikliklərdən və ətrafda olan dəyişikliklərdən uzaq tutur. Bu zaman inkişaf prosesi elə gedə bilər ki, elə dəyişikliklər ola bilər ki, bundan xəbərsiz olan insan konfort zonasında özündən əmin ola bilər, burada isə yanılmış ola bilər. Çünki bəzən dəyişiklik və inkişaf böyük imkanlar yaradır və şanslar verir.

4. Aktivlik — konfort zonasında olmaq insanı passiv edir və öz üzərində işləməsinə, inkişaf etməsinə mane olur. Bu zaman isə hətta səhhətində ciddi problemlər, düşüncələrində geriləmələr ola bilər.

5. Həyat — həyatın özü bir itki ola bilər. Həyat zaman kimi bir dəfə yaşanılır, onu passiv insan olaraq konfort zonasında yaşadıqda, onun gözəlliklərindən məhrum olmuş olursan. Həyatı olduğu və yaşanmalı olduğu kimi yaşamır konfort zonasında olan insanlar.

Qazancın:

1. Hüzur — bir çox hallarda konfort zonasında olan insanlar hüzurlu olurlar. Çünki onlar kimin üçün isə maraqlı olmurlar, onlar kiminləsə maraqlanmırlar.

2. Təhlükəsizlik — dedi-qodu, intriqa, düşmənçilik kimi şeylərdən, həyati təhlükəsizliklə özünü təmin etmiş olurlar. Çünki insanlarla ünsiyyəti az olur, qonaqpərvərlik onlara yaddır. Onlar üçün təhlükəsizlik önəmli şərtdir. Onlar təhlükəsizliyini kiməsə hücum etməklə də olsa təmin edə bilərlər.

3. Azadlıq — azadlıq öz zonaları, özləri üçün yaratdığı dünyada mövcuddur. Kənardan isə onlar qapalı və özündən asılı birisi kimi görsənirlər.

4. Kənar müdaxilələri dəf etmək — bu cür insanlar qapalı olduqları üçün onlar haqqında az adam nəsə bilir, onların həyatlarına kimsə müdaxilə edə bilmir, çünki özünü müdafiə instikti, təhlükəsizlik, azadlıq və hüzurun pozulmaması üçün onlar istənilən gözlənilən və gözlənilməz addımı ata bilərlər.

5. Sağlamlıq — bir yandan əsəbləri sakit olduqları üçün ürək-damar, əsəb xəstəliklərindən, xərçəngdən, ictimai fəal olmadıqları üçün epidemiya və yoluxucu xəstəliklərdən özlərini qorumuş olurlar.

İnsan komfort zonasından çıxdığı zaman anlayır ki, minlərlə insanların içində yalnızdır, ruhunun bəyaz rəngi boza çalır, siyaha doğru rəngini dəyişir, susmağa məhkumdur, bir də ki, gülən simasında göz yaşlarını xoşbəxtlik adı ilə özünə sırımalıdır…
Evə gəldiyi zaman evində bir özü var, bir də gecələr arada yanan işığı, bir də hüzur, uzanan zaman…

Bəzi insanlar isə ümumiyyətlə konfort zonasında ilişib qalır və çıxmaq istəmirlər. İtkilərini qazanclarını tərəzidə çəksələr də, çəkməsələr də…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: