Narsis-özünə vurğun və öz güvəni guya yüksək olan insanları siz də tanıyın:
1. Özlərini çox sevirmiş kimi göstərərlər;
2. Qarşı tərəfə ilk müddətdə çox diqqətli, sonra çox diqqətsiz olar;
3. Sevgidən ancaq danışar, əməlində sevgisizlik olar;
4. Əldə edənə qədər şirin dilini, inadkarlığını işə salar;
5. Enerjini tükədər, enerji vampirliyi fəaliyyətinə başlayır;
6. Mənəvi və psixoloji şiddət və bülinqə yol verər;
7. Qarşı tərəfi aşağılamaq üçün onu günahkar çıxardar;
8. Hamı ona borcludur — düşüncəsi ilə davranar, hər kəsə bir şeyi boynuna qoyar;
9. Əldə edənə qədər yaxşı insan yolun ortasında pis insana çevrilər;
10. Səhvlərini etiraf etməz və həmişə özünü haqlı çıxardar;
11. Qarşı tərəfi dinləməyi bacarmaz;
12. Empati qura bilmir;
13. Tərəfdaşın özgüvənini aşağı salmaqla öz özgüvənini artırar, başqasının özünə olan sevgisini azaltmaq, yox etməklə, özünə sevgi qazandırar;
14. Tərəfdaşından həmişə ən xırda bir şeyə görə belə narazı qalar, onlara yarınmaq mümkün deyildir;
15. Hüzurunuzu pozar;
16. Əldə edənə qədər çox anlayışlı, sevgi dolu görsənir;
17. Öncəki münasibətlərində ilk ayrılan tərəf olduğunu bildirirlər, halbuki çox vaxt ondan ayrılırlar;
18. Tolerantlıq və mədəniyyətdən uzaq olub dava axtarar;
19. Tərəfdaşı ilə bərabər olduğu zaman kənarda da axtarışda olar;
20. Şəxsiyyət pozuqluğu və dəyişikliyi olur, əhvalı tez-tez dəyişir;
21. Əldə edəcəyi insanı-qurbanı öncədən öyrənir, öncə onunla ya dostluq edir, ya birdən birə sevgi münasibətlərinə keçər;
22. Digərlərin hisslərini və ehtiyaclarını qarşılamağı düşünmürlər, ancaq alırlar, verməyi sevməzlər;
23. Öncəki münasibətlərində zərbələrlə çıxmışlar və qisas alırlar;
24. Tərəfdaşı əldə etdikdən sonra ondan bezərlər;
25. Əldə etdiyi şəxsə marağı tez sönər, onu unudar, münasibəti uzun çəkməz;
26. Münasibətləri kəskin dəyişikliyi olur;
27. Qarşı tərəfi hər zaman günahkar çıxardar;
28. Sadəcə qürurlu olar, ondan ayrılanları bilərəkdən yenidən əldə etməyə cəhdlər edərlər;
29. Pozitiv enerjini əldə edib neqativini tərəfdaşa yükləyir;
30. İnsanların səbrini tükəndirər, əsəbləri ilə oynayar;
31. Öz zahiri görkəmlərini və xarakterlərini, fikirlərini və həyat tərzini mükəmməl hesab edir və başqalarına, tərəfdaşına sırıyır;
32. Tərifləri sevir, tənqidi sağlam qəbul edə bilmir;
33. Ruhu olmayan manipulyatorlardır;
34. İnsanları özünə tabe etməyi sevirlər;
35. Öz üzərində işləmir və fərdi inkişafa vaxt ayırmırlar, çünki səviyyələri özlərini qane edir;
36. Tərəfdaşın ağlı, savadı, sərbəstliyi, hüzurluluğu, intellektinə həsəd aparır. çünki onda bunlar olmur;
37. Tənqid etmək yerinə təhqir etməyi seçirlər;
38. Məsuliyyətsiz, qeyri-ciddi olur;
39. Tərk edilməyə qəzəblənirlər;
40. Qurban olmadan, tək yaşaya bilmirlər.