Həyatda sərnişin olarsınızsa…

Mən insanların gedişinə itki kimi yanaşmıram. Bu həyatda hər nəsə və ya kimsə daxil olduğu kimi çıxır. Yəni ki, təsəvvür edin, sizin həyatınız A-dan Z-yə gedən bir nəqliyyat vasitəsidir, siz isə sərnişin, ilkdən sona qədər siz eyni nəqliyyatda ya ayaq üstə duracaq, ya da oturacaqsınız, yanınızda oturan, duran sərnişinlər isə dəyişəcək. Kiminləsə ünsiyyətiniz tutacaq, tanış olacaqsınız, kiminləsə ölü sükut olacaq, dayanacağında düşəcəkdir. Bəzən bu sərnişinlər sizin kimi davamlı bu nəqliyyatdan müəyyən dövr ərzində istifadə edən sərnişin olur, onlar sizin dost və tanışınız ola bilər həyat nəqliyyat vasitəsində. Amma çox az sərnişinlər sizin kimi ilkdən sona qədər gedəcəkdir. Dəyişkənliyə, sərnişinlərin nəqliyyata minib düşməsinə necə biganə yanaşırsınızsa, həyatınıza daxil olan və çıxan insanlara qarşı da elə yanaşın. Hərəsindən nəsə öyrənirsiniz, hərəsindən bir təcrübə əldə edirsiniz, hərəsini bir cür müşahidə və təhlil edirsiniz. Bütün sərnişinlərdə özünüzü axtarmaq və ona lazım olan dayanacaqda düşməsinin qarşısını almaq ağlasığmaz addımdır.
İkinci yanaşma da odur ki, siz də kiminsə həyatına daxil olur, çıxırsınız, həyatda hər şey qarşılıqlı olur, sadəcə ya gec olur, ya tez olur, ya da vaxtı gələndə olur. Siz onun həyatından çıxanda necə münasibət bəsləyirsinizsə, sizin də həyatınızdan çıxana elə münasibət bəsləyin. Buraxın, çıxsın getsin. Demək ki, onun sizin həyatınızdakı rolu bu qədər idi, öyrətməli olduğu bu qədər idi. 
Kiminsə və ya nəyinsə həyatınızdan çıxmasını istəmirsinizsə, onda onun həyatınıza daxil olmasına icazə verməyin, yasaqlayın, cərimələyin, cəza tətbiq edin.
Kiməsə və ya nəyəsə itki kimi yanaşsanız da, özünüzə dəyər verin, özünüzü üstün tutun, 3 gündən sonra da, həyatınıza davam edin. Həyatınız o olmadan da davam edir. Hər gedən yeni gələn üçün yer boşaldır. Necə ki, yanınızda oturan, dayanan sərnişin düşdükdə boş yer yaranır, onu kimsə doldurur. 
Özünüzü başqalarında axtarmayın, özünüz elə özünüzdəsiniz. Kimsə sizin kimi 100% düşünə, davrana, sizinlə razılaşa bilməz. İnsanlar fərd olaraq fərqlidir. Əkizlər belə…