Divar, pəncərə, yoxsa qapı?!

Yaşadığım dünyamın bir tərəfində pəncərə var, bir tərəfində qapı, bir tərəfində divar… Pəncərə dünyaya baxışım üçündür, qapı açıb çıxıb getmək üçündür, divar çətinliksiz və problemsiz varlığımın olmamasını dərk etmək üçün… Dara düşəndə, ya pəncərəyə qaçıb baxışımı dəyişirəm, ya qapını açıb gedirəm, ya da divara sıxılaraq səhvlərim üzərində, həlli yolları barədə düşünürəm: pəncərə, yoxsa qapı?!

Ваша оценка: