Seçkilər…

Bələdiyyə seçkilərinə namizədlərinin çoxuna sual versəm ki, bələdiyyənin fəaliyyəti nədən ibarətdir, hansı bank əməliyyatlarını apara bilər, strateji idarəetmə planı nədən ibarətdir, büdcəsi haradan formalaşır, əsas xərclərin təyinatı nədir, müqavilə və sənədləşməyə dair tələblər nədən ibarətdir, hansı qanunvericilik aktlarını fəaliyyətində rəhbər tutur və s. gözlərini döyüb üzümə baxacaq…

Bir işi ki, dərinliyinə qədər, tam öyrənməmisən, amma seçilmək istəyirsən, bu o deməkdir ki, o bəyənmədiyiniz məmurlardan fərqiniz yoxdur. Verdiyim suallar ilkin və önəmli suallardır. Bunları bilmədən necə bələdiyyə idarə edəcəksən, onu düşünəndə dəhşətə gəlirəm…

Bir də ki, ilkin peşəkar bilik və təcrübə, tam ali təhsil və müəyyən sahələr üzrə təməl bilikləri olmazsa, qanunvericiliyin tələblərini bilinməzsə, o bələdiyyəni indiki idaəredicisi əvvəlkindən betər idarə edəcək!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: