Ana olan qadınlar…

Bir qadın ana olanda özünə və övladına qarşı məsuliyyət hissi artır, özünü və övladını istənilən təhlükədən müdafiə etmək instikti artır, bu müdafiə instikti vəhşi heyvanlarda olduğu kimi müdafiə olunmaq üçün hücum etməklə və qalib gələrək təhlükəni aradan qaldırmaq ilə nəticələnir.

Ana olan qadın dəyişir, fikirləri, hissləri, yanaşmaları, münasibətləri, davranışları, hərəkətləri, sözləri, daha praktik, daha həssas, daha diqqətli, daha dürüst davrandıqca, kobud və aqressiv hesab edilirlər.

Ana olan qadın unutqan olmur, o sildiyini də unutmur, öldürdüyünü də unutmur, itirdiyini də unutmur.

Hər bir zərbəni öz üzərinə alır, daha mübariz və güclü olur ana olan qadınlar…

Onların sevgi hədəfi də, sevinc obyekti, subyekti də, qəzəbi də, nifrəti də, kədəri də bəlli olur. Səbəbsiz olmur…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: