Birisi olmadı ki…

Birisi olmadı ki, yağış yağarkən çətiri gizlətsin… Əlimdən tutub yağışın sevinc göz yaşları altında rəqs edək…

Birisi olmadı ki, eyni kitabı oxuyub bəyəndiyimiz cümlələri müzakirə edək… Kitabın istənilən səhifəsini açıb oxuyaq ardıcıl və növbə ilə… Beləcə öz hekayəmizi yazaq…

Birisi olmadı ki, əlimdəki şərab dolu alıb deyə ki, sən də şərab kimi yaşın artdıqca, daha gözəl və sevimli olursan…

Birisi olmadı ki, öz yükümün, problemimin çox olduğunu görüb, özünü yük kimi atmasın üzərimə, problemə çevrilməsin, problem yaratmasın…

Birisi olmadı ki, güzgüyə eyni anda baxıb, üzümüzdəki oxşar cizgilərimizi tapıb gülümsəyək…

Birisi olmadı ki, saçlarıma sığal çəkib, saçlarımı uzatmağımı istəsin…

Birisi olmadı ki, sevginin varlığını mənə inandırsın, insanlara olan güvənimi bərpa etsin…

Birisi olmadı ki, məni sevməsi üçün əsas səbəbi səbəbsizlik olsun…

Birisi olmadı ki, birgə baxdığımız melodram filmlərə baxanda həyatımı, keçmişimi yada salarkən kövrəldiyimi görüb qucaqlasın, komediyaya baxarkən, gülüşümü mənə yaraşdırsın…

Birisi olmadı ki, mənə və sevgimə layiq olsun… Daha tək qalmayım deyə, əlini uzadıb özünə tərəf Biz olmaq üçün çəksin…

Günel, ağıllı ol, axtarma, yoxdur elə birisi…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: