Fahişəliyin cinsi olmur…

Qadına geyiminə görə qiymət verən cəmiyyətdə yaşayırıq. Fahişə hicab taxanda, olur əxlaqlı, əxlaqı yerində olan insan rahat geyinən kimi olur fahişə. Qadın zəif deyil, qadın gücünü göstərməyən və gizlənmiş terrorçudur. Bir kişi terror qurbanı olmaq istəmirsə, qadını avam, zəif, ağılsız, savadsız bilməsin. Ehtiyatlı olsun. Elə insanlar var ki, onlar cəmiyyətin sağlam olması naminə ölməlidirlər, ya da ömürlük həbs edilməlidir.

Hansı dövrdə yaşayırıq axı?


Hava qaralıb, evdən çıxma.


Qapalı geyin ki, düymələrinin arasından əndamın görünməsin. Don geyinmə, şort geyinmə, sarafan geyinmə, nə geyinək? Elə həmişə işgüzar geyimdə olaq?


Bir az gülən, mehriban olan, zarafat edən kimi özünü kişi zənn edənlərin özünü gözə soxma, ağıllı görsənmək üçün söz atma cəhdləri… Çox gülünc, eyni zamanda acınacaqlı mənzərədir.


Qadın insandı, kişi kimi. İnsanlığın cinsi yoxdur. Ya insan olun, ya da intihar edin, canımız qurtarsın.
Qadının ağlı yoxdur?O ancaq seks üçün yararlıdır, kişiyə tabe olmalı, idarə edilməlidir? Hay-hay. Mənim kimi yüzlərlə qadın var ki, minlərlə kişidən üstündür. Min kişini barmağımda fırlayıb ata bilərəm, istifadə edə bilərəm, biabır edə bilərəm, əzib keçə bilərəm. Ona görə səbrimin tükənməməsi üçün çalışın.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: