Lənətə gəlmiş (bir həyat hekayəsi)

Xahiş edirəm, 18 yaşından kiçik uşaqlar, əsəbi zəif olanlar, xəstə insanlar oxumasın!

Yazı avtobioqrafikdir.

Bu həyat hekayəsi öz həyatımdan bir parçadır.

Öz həyatımdan yazmaq qərarına gəlmişəm. Məkan və zaman baxımından böyük bir ziddiyyət və uçurumda böyümüş bir insanam.

İnsanın bir fərd kimi formalaşmasında gen amillərindən savayı, ailə tərbiyəsi, təhsil aldığı məktəb, iş, yaşadığı yer, ətrafında olan insanların bir rolu vardır. Hansısa az təsir göstərir, hansısa çox təsir edir.

Genimlə fəxr edə bilərəm. Çünki hər iki tərəfdən ziyalı, ali təhsilli, əxlaqlı, humanist nəslin nümayəndəsiyəm.

Ailə tərbiyəsinə gələndə, atam bizə hər zaman dost olub, anam isə sərt və mühafizəkar metodlarla tərbiyə edib. İpimizi əlindən saxlayaraq, kiçicik sərbəstlik verib. Atam dövlət işində işlədiyindən, onu çox az görərdik, gördüyümüz zaman isə bizə daha çox zaman ayırardı, gəzməyə çıxardı bizimlə. Biz isə həyəcandan tərləyərdik. Biz atamla gəzməyə çıxanadək, anam ev işlərini görərdi. Ən sevdiyim yer, atamın iş yeri idi. Azadlıq meydanın

 

I Hissə: Uşaqlıq illəri

Ulduz — unikal və universal, hərtərəfli bacarıq və biliklərə malik, fərqli və fərdi xarakterə malik bir az pozitiv, bir az neqativ qadın personajı…

Məhəmməd — Ulduzun ilk və uşaqlıq sevgisi…

Fariz — Ulduzun yeniyetmə, gənclik sevgisi…

Rövşən — Ulduzun ən yaxın dostu, gizlincə vurulduğu insan…

Elman — Ulduzun nakam sevgisi, həyatını dəyişən insan…

Ulduzun əri — onun son sevgisi…

Ulduzun əsl təhsili və ixtisası nədir?!Kimsə dəqiq bilmir, onu yaxşı və hər mənada yaxından tanıyan kimsə yoxdur… Hamı ona açılır, hamı ona dərdini söyləyir, hamıya kömək edir, hamının problemini həll edir, özü isə qapalıdır, özü də ki, çox qapalı idi…

1983-cü ildə ziyalı ailəsində anadan olmuşdu Ulduz, əsl adı Ulduz deyildi əslində, sadəcə doğulduğu andan o qədər gözəl, mələk üzlü, saf və məsum uşaq idi ki, valideynləri ehtiyat edirdilər ki, ona göz dəyər… Ad qoyma mərasimində çox müzakirələr getdi, adını türkçü filoloq xalası qoydu… Ailədə əslində qız uşağı olduğundan anası tərəfindən bir az sevilməyə başlamışdır, qohum-əqrəba da bu vəziyyəti tutmuş və Ulduzu ailəsinə qaldırmağa çalışırdılar uşaq yaşından… Ulduza evdə öz adıyla çağıran yox idi, ona Günəş, bəzən Çiçək, bəzən Mələk, bəzən Ulduz deyərdilər… Çox sakit, tez inciyən, səmimi, saf, sadəlövh qız idi… Orta məktəbdə də sinifdə onun adaşları çox olduğundan adı ilə çağıran az idi, hamı soyadı ilə çağırırdı onu, qardaşının da adını az çəkərdilər… Gündəm də olan, bu bacı-qardaşın adları deyil, soyadları idi…

Uşaq vaxtından yazırdı Ulduz… Uşaq şeirləri deyildi… Ulduz həsrətində idin nəyinsə, kiminsə, axtarışda idi… Öncə özünü axtarırdı, sonra həyatın mənasını, həyatına daxil olan və çıxan insanları, dost və rəfiqələrini…

Tez küsərdir, çox danlandığı üçün yaşamamaq üçün bəhanə və yollar axtarardı. Mühafizəkar ananın qızı olmaq asan deyil.

İlk sevgisi 2-ci sinifdə oxuyan zaman özündən iki yaş böyük oğlan idi. Onun isə sevdiyi və görüşdüyü qız ayrı idi.

Uşaq vaxtı orta məktəbdə oxuyarkən o qədər vurğun idi ki, ona, onu fasilələr zamanı izləyirdi.

 

II Hissə: Gənclik illərim

 

III Hissə: Sevgi və ayrılıq

IV Hissə: Qurduğum ailə

V Hissə: Məhv olmuş ümid, xəyal, arzular

VI Hissə: Yeni həyat, yeni nəfəs

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: