Stereotiplər

Sosial psixologiyada bir çoxunuza tanış gələn anlayış var. Bir çox insanlar o anlayışın qurbanı olurlar. Onlar yanlış təhlil və yalançı bilik sayəsində stereotiplərə özlərini qurban verirlər. Demək ki, onların şüurlu, rasional, praqmatik və məntiqli düşünmə bacarığı, düzgün təhlil etmək və hər bir açıq və gizli ehtimal, nəzəri və praktiki bilikləri araşdırma qabiliyyətləri yoxdur. Ya da ki, bu qədər işi görmək, əziyyət çəkməkdənsə, ən asan yola əl atıb stereotiplərə uyaraq fikir söyləmək, qərar vermək, seçim etmək, proqnozlarla çıxış etmək asandır.
Burada onların hər birinə ancaq bir söz demək, əmr vermək istərdim:
— Dayanın.

Stereotiplər ümumiləşdirir, fərdiçiliyi nəzərə almır.

1. Təhsillə bağlı: şagird və ya tələbə savadsızdırsa, kitab oxumursa, təhsilini önəmsəmirsə, təhsil müəssisələrinin əməkdaşları və müəllimləri günahkardı. Kimsə o şagird və ya tələbənin genetik amillərinin təsiri, valideynlərinin baxış və tərbiyəsini, mütaliəyə meylli olub olmamasını, uşağına bunu öyrədim öyrətmədiyini, evdə təhsil, mütaliəyə münasibətin necə olmasını, valideynlərin təhsilini, savadını, uşağa təsiri amillərini, o şagird və tələbənin ətrafında olan dost və tanışlarının təhsil, kitab və mütaliəyə olan münasibətini, genetikasını öyrənmir. Valideynlər kitab oxuyan deyilsə, evdə kitab azdırsa, ya yoxdursa, təhsilləri qondarma, saxtadırsa, savadsızdırsa, övladına təhsilin önəmli olmasını təlqin etmirsə, müəllimin günahkar olmadığı göz önündədir.

2. Səhiyyə ilə bağlı: Korrupsiya, savadsız və qeyri-peşəkar kadrların olmasını iddia edir. Korrupsiyada tək alan tərəf deyil, verən tərəf də cinayət işlədir. Vermə, almasın, almağı tələb edirsə, qanunu yadına salıb, hüquqlarınızı tələb edin. Savadsız və qeyri-peşəkar kadrlar işini sevməmək və maddiyyat ilə bağlı ola bilər. Maddiyyat onu qane etmirsə, işini dəyişə bilər, işini sevmirsə, sevdiyi iş ilə məşğul ola və onu qane edən pulu qazana bilər. Bir də ki, tibbi və hüquqi maariflənmə hər bir vətəndaşın özünə lazımdır. Maariflənmiş adamdan nə rüşvət istəyən olur, nə məsuliyyətsiz, qeyri-peşəkar həkimin pasiyenti olmaq ehtimalı olur.

3. İnsanlar ilə bağlı: Mən yaxşıyam, digərləri pis. Digərləri pisdirsə, məsafədə saxlayın. Səmimi, dürüst və təbii olun. Hər kəsə yerini göstərin. Bundan sonra siz hamı üçün pis olacaqsınız. Rollarınızın dəyişməsi bu qədər asandır.

4. Sevgi ilə bağlı: Aldadıldım, atıldım. Nəyisə başlayırsınızsa, onun bitməsinə hazır olun. Həyat belə daimi deyildir. Kimisə özünüzə borclu bilməyin. Emosional şantaj doğru seçim deyildir. Ayrılıq varsa, bunun üçün səbəbi hər iki tərəf vermiş olur. Ancaq qarşı tərəfi günahkar bilmək, ittiham etmək, pisləmək doğru deyildir.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: