Sevmisən, amma sevilməmisən…

Gözlərimdən özlərini bəziləri salır uçuruma,Düşürlər, dəyərək zirvədəki pillələrə…Qaldırmışdım necəsə, deyəsən artıq peşmanam…Tanıdıqca, bəziləri adiləşir, sıraviləşir,Onu sevmə səbəbini axtarıb tapa bilmirsən,Getdiyi zaman, getdiyin zaman…Kim kimdən birinci gedib, o belə mənasız gəlir…Sadəcə susursan, dincəlirsən, gülürsən,Yoluna davam edirsən bəzən…Bəzən isə geriyə dönüb izini itirmək, silmək cəhdləriSəni keçmişə qaytarır…Unutduğunu düşünürsən, unutmamısan…Yadlaşdığını düşünürsən, görürsən ki, heç kimsən…Çoxdan unudulmuş birisisən…Məyus olubПродолжить чтение «Sevmisən, amma sevilməmisən…»

Ваша оценка:

Uzun saçların hekayəsi

Saçlarımı uzatmaq istəmirdim. Heç saçlarım da uzanmağa can atmırdı. Sanki kəsilməyini gözləyir, sevinirdi. Sanki azacıq uzanmış və həcmlənmiş saçlar onların yerini dar edir, onları oksigensiz, qidasız qoyurdu. Saçlarımı ağarmış qoymaq istəmirdim. Tez-tez ağaran saçlarım məni ələ verirdi. Hamıya bəlli edirdi ki, çox və ucadan gülməyimə, biganə görsənməyimə baxmayaraq hər şeyi içimə atıb, içimdə üzülür, içimdəПродолжить чтение «Uzun saçların hekayəsi»

Ваша оценка:

Tənha ana barədə təhlil

Övladını tək böyüdən ananı narahat edən o qədər məsələ var ki. Hər məsələnin həllini də, sadəsindən mürəkkəbinə doğru özü həll edir. Bir insanı kimliyindən asılı olmayaraq ən azı bir nəfər sevirsə, o, güclüdür, xoşbəxtdir, bəxtəvərdir. Tənha analar dua edərlər ki, uşağı xəstələnməsin. İşini itirməsin. Xərclərini qənaətlə etsin. Övladına tərbiyəni düz versin. Övladını insan kimi böyütsün.Продолжить чтение «Tənha ana barədə təhlil»

Ваша оценка:

Həyatdakı risklərin sığortalanması…

Həyatdakı risklərdən özünüzü sığortalayın: Dərk edin! İstər ayıq, istərsə də içkili və ya nəşəli vəziyyətdə etdiyiniz hərəkət və dediyini söz sizi onun nəticə və məsuliyyətindən azad etmir; Özünüzü ağıllı bildiyiniz zaman qarşı tərəfin sizdən də ağıllı olmaq ehtimalını nəzərdən keçirin; Provokasiya və spekulyativ davranış və sözlərə uymayın; Müzakirəni mübahisə həddinə çatdırmayın; Özünüzü haqlı çıxartdığınız məsələdəПродолжить чтение «Həyatdakı risklərin sığortalanması…»

Ваша оценка:

Koronavirus niyə ölkəmizə gəlmir?

Koronavirus bizə niyə gəlmir? Səhiyyə nazirliyi-sən yoxsan, biz səndən qorxmuruq; Təhsil nazirliyi-sənin adın var, özün heç nəsən. Hər şeyi haqqında bilirik; Gömrük rüsumunu ödəməmiş ölkəyə giriş qadağandır; Qafqaz şeyxi- biz dua edirik ki, sənə şəfa tapılsın; Kənd təsərrüfatı nazirliyi-bizim meyvə, tərəvəzlərdəki GMO-larda, mutantlaşmış heyvanlarda sənin sağ qalmağın üçün şərait yoxdur; Sosial müdafiə nazirliyi-bizrə işsizlərin sayıПродолжить чтение «Koronavirus niyə ölkəmizə gəlmir?»

Ваша оценка:

Tüpürüm bu gözəlliyə…

Gözəllik simvolu şişirtmə dodaq, tatu qaş, taxma kirpik, qaynaq dırnaq və saç, kəsilmiş burun, doldurulmuş yanaq və sinə ilə ölçülür. Tüpürüm belə gözəlliyə ki, orada təbiilik yoxdur. Tüpürüm o adam və şirkətlərə ki, bunu gözəllik kimi təqdim, təbliğ və reklam edir. Qadınları sünilik ilə pullarından, vaxtından və təbiiliyindən məhrum edənləri, beyinlərini dolduranları şiddətlə qınayıram. BuПродолжить чтение «Tüpürüm bu gözəlliyə…»

Ваша оценка:

Xaraktersiz insanlar

Milli valyuta məzənnəsi və qiymət strategiyası kimi üzən xarakterə malik olan insanlar komfort zonasından çıxmayan adamlardır. Bacardığım qədər elə insanlardan uzaq oluram, məsafə saxlayıram. Çünki çox ziddiyyətli, düşüncə və davranışları bəlli olmayan insanlardır. Belə insanlar ictimai şəkildə biganəlik göstərirlər, amma etirazları gizli olur. Belə insanlar ictimai şəkildə münasibət/fikir bildirəndə də bu gün dediyi ilə dünənПродолжить чтение «Xaraktersiz insanlar»

Ваша оценка:

Böyük görünən daşın hekayəsi

Bilirsən, gözlərimdə necə kiçilmisən? Məni də özünlə bərabər kiçiltmisən. Bunu necə anlayım? Fəlsəfi dillə danışma. Bilirsən ki, xoşuma gəlmir bu tərz danışmağın. Mən böyük daş idim. Hər dəfə məni əlinə alıb atdıqca, tikələrə parçalandım. Hissələrə bölündüm. Bəzi hissələrim böyük olduğu üçün gözə göründü, bəziləri isə kiçik olduğundan onları ayaqların altında əzib keçdin. Hər dəfə bölündükcə,Продолжить чтение «Böyük görünən daşın hekayəsi»

Ваша оценка:

Psevdo həyat hekayəsi…

Psevdo dəyərlər üzərində qurulan ictimai rəyin psevdo insanlar tərəfindən formalaşdığını bildiyim üçün psevdo hər şey və hər kəsin əleyhinəyəm. Psevdo insanlardan ibarət cəmiyyətin psevdo olması da təbiidir. Psevdo insanların dəyərləri də, doğruları da, gördükləri iş və seçdikləri peşə, baxış və yanaşmaları da psevdodur. Şəhərimizdə olan ən hündür körpünün kənarında sıxılıb oturmuşam. Bura necə gəlib çıxdığımıПродолжить чтение «Psevdo həyat hekayəsi…»

Ваша оценка:

Bir şey deyil

Dürüst, mərd, səmimi, ağıllı, savadlı, güclü və liberal demokrat olmaq da bir şey deyil. İki övladım var, biri anasız böyüyür, digəri atasız. Sanki alnıma yazılıb qadın — ata olmaq… Antimental, komplekssiz olmaq da bir şey deyil. Hamı səni əlçatan, əxlaqsız fahişə sayır… Gözəl olmaq da bir şey deyil, sevgisiz qalırsan, kişilərə güvənmirsən, qadınlardan özünü qoruyursan…Продолжить чтение «Bir şey deyil»

Ваша оценка:

Xaqanın atasına…

Bilirsən, Zamin, səndən sonra kimisə sevmədim. Səndən sonra həyatıma və evimə kimisə buraxmadım. Səndən sonra atam və oğlum, özüm üçün yaşamağa başladım. Sevdiyim iki kişi oldu, o da atam və oğlum… Bilirsən, niyə övladımı saxlamaq qərarına gəldim? Çünki onun özünü də, atasını da sevirəm. Sevgimin məhsuludur. Bilirsən, Zamin, öyrəşmişəm, cavabsız sevməyə, qərəzsiz sevməyə, nifrət etməməyə…Продолжить чтение «Xaqanın atasına…»

Ваша оценка:

Bir az özümdən

Hüzurum, azadlığım mənə elə sevinc, sevgi verir ki, xoşbəxtliyin dəlisinə çevirirəm özümü. Limitləri ancaq pulda, məsafə saxlamağı ancaq şəxsi həyatda seçirəm. Xoşbəxtlikdən dəli olmaq özü bir xoşbəxtlikdir. Sevgi üçün, özümü sevmək üçün mənim ilin bütün günləri var, bir gün azdır…

Ваша оценка:

Oxşamasın…

Oğlum atasına heç oxşamasın. İçəndə kişiləşməsin. İçəndə birinə sevgi elanı etməsin, evlilik təklifi etməsin. İçəndə cəsarətlənməsin. İçəndə səmimi olmasın, düzünü söyləməsin. Bütün bunları ayıq başla etsin. Qadın oyuncaq deyil. Oğlum, atasına oxşamasın. Sevməyi bacarsın… Oğlum, atasından fərqli olaraq məsuliyyətini dərk etsin, səhvlərinə və doğrularına sahib çıxsın… Oğlum atası kimi yalançı olmasın, düşüncələri dərin olsun… OğlumПродолжить чтение «Oxşamasın…»

Ваша оценка:

Bilirdinmi…

Bəzi sevgilər vərdişə çevrilir, bəzi vərdişlər isə sevgiyə… Bəzi insanlar qum saatı kimidir, qumu bitən kimi çevirməsin davamı gəlməz, tükənər… Bəzi məqsədlər və arzular şəkil kimidir, şəkildə daha gözəl və cəlbedici olur, reallığı ya daha gözəl olur, ya insanı məyus və peşman edir… Bəzi insanlar var ki, cahil insanlara ağıl verirlər, öz ağıllarından özləri istifadəПродолжить чтение «Bilirdinmi…»

Ваша оценка:

Yerine sevemem

Yerine sevemem seni… Sen kendini kendin sevmelisin… Senin yerine de kendimi sevemem… Kendimi kendimin yerine severim çünki… Yerine sevemem sevdiklerini… Sen kendin sevmelisen sevdiklerini… Bak, yerine sevemem harcadığın zamanını… Zamanımı sevmek varsa, gerek olmaz bana zamanın… Yerine sevemem aklını… Aklımı sevmek gerekir ama… Yerine sevemem özgürlüyünü. Özgürlüyümü severim… Özlemeyini de sevemem yerine… Özlemeyi unuttum… YerineПродолжить чтение «Yerine sevemem»

Ваша оценка:

Sağlamlıq üçün reseptlər

Səhhət və zahiri görkəminizdəki problemlərin olmaması üçün :— Əsəblərinizi qoruyacaqsınız;— Yemək və yuxu rejiminə keçəcəksiniz;-Pozitiv enerji vampirləri və neqativ enerji yükləyici insanlardan uzaq olacaqsınız;— Az-az yemək şərtilə vaxt bölgüsü üzrə gündə 5 dəfə yemək yeyəcəksiniz;— Gündə bir dəfə sulu xörək yeyəcəksiniz, yatmamışdan öncə süd içəcəksiniz;— Pozitiv olacaqsınız;— Piyada gəzintiləri artıracaqsınız, gündə bir dəfə yarım saatlıqПродолжить чтение «Sağlamlıq üçün reseptlər»

Ваша оценка:

Seçkilər -2

Millət necədirsə, onun içindən çıxıb ona vəkillik etmək istəyənlər də ona adekvat olur. Kamilə biri desin ki, millət vəkili üçün də korporativ etika məcəlləsi var, vulqarizm, təhqir, söyüşlər yolverilməzdir. İndiki namizədlər seçilsə, məclisin 90%i iclas və çıxışlar boyu yatacaqlar darıxmaqdan. Seçkilərdən sonra da namizədlər bir ay da seçki saxtakarlıqları, onlara edilən haqsızlıqdan danışacaqlar. Sizi sosialПродолжить чтение «Seçkilər -2»

Ваша оценка:

Qadının gücü

Bir qadın övladı üçün ana da, ata da ola bilir, övladını tək böyüdür. Övlad anadan yetim qalır. Ata anasız övladı tək böyütmür, təkrar ailə qurur ki, anası olsun. Ata ananı əvəz edə bilmir. Sonra da deyirlər ki, qadın zəifdir. Qadın elə hərtərəfli güclüdür. Ağır yük, ağır iş, ağrılar, xəstəlik, ölüm təhlükəsi, şiddətlə mübarizə, cəmiyyətə meydanПродолжить чтение «Qadının gücü»

Ваша оценка:

Adam adlarındakı hərflər

A: Düşüncə bacarığı və məntiqi güclü olan insanlar. B: Öncəgörəndirlər, hadisələr qarşısında heç vaxt ümidlərini itirməzlər. C: İncənətə meylli, duyğusal insanlar. Ç: Zövqlü və zövqü sevən insanlar. D: Üstün zəkanı təmsil edir; iddialı və mübarizdir. E: Bu insanlar kədər və sevinc hisslərini bərabər yaşayır. F: Sakit şəxsiyyəti ifadə edirlər, zərif və etibarlıdırlar. G, Q: GüclüПродолжить чтение «Adam adlarındakı hərflər»

Ваша оценка:

Həyat pazlı

Həyat pazllardan ibarətdir. Ya xırda hissələrdən ibarətdir, ya da böyük. Hər kəs həyatını bir yerə yığmaq üçün vaxt sərf edir. Öncə hissələrini tapmağa, sonra o hissələri uyğun olaraq bir yerə yığmağa və pazlı tamamlamağa. Həyat pazlı da mərhələlərdən ibarətdir. Sadədən mürəkkəbə doğru. mürəkkəbləşdikcə hissələri daha kiçik və daha çox olur. Vaxt aparır. Kimisi daha tezПродолжить чтение «Həyat pazlı»

Ваша оценка: