Qadının gücü

Bir qadın övladı üçün ana da, ata da ola bilir, övladını tək böyüdür. Övlad anadan yetim qalır. Ata anasız övladı tək böyütmür, təkrar ailə qurur ki, anası olsun. Ata ananı əvəz edə bilmir. Sonra da deyirlər ki, qadın zəifdir.


Qadın elə hərtərəfli güclüdür. Ağır yük, ağır iş, ağrılar, xəstəlik, ölüm təhlükəsi, şiddətlə mübarizə, cəmiyyətə meydan oxuma, azadlıq və hüzur uğrunda dava, mənəvi yük, problem, maddi çətinlik, psixoloji dözümü, özgüvəni… Hamısını bir araya gətirən qadındır.


Kişi ağrıyan, xəstələnən kimi vəsiyyət edir, çətinlik olan kimi ailədən qaçır, hey narazı olur, şikayət edir.