Sağlamlıq üçün reseptlər

Səhhət və zahiri görkəminizdəki problemlərin olmaması üçün :
— Əsəblərinizi qoruyacaqsınız;
— Yemək və yuxu rejiminə keçəcəksiniz;
-Pozitiv enerji vampirləri və neqativ enerji yükləyici insanlardan uzaq olacaqsınız;
— Az-az yemək şərtilə vaxt bölgüsü üzrə gündə 5 dəfə yemək yeyəcəksiniz;
— Gündə bir dəfə sulu xörək yeyəcəksiniz, yatmamışdan öncə süd içəcəksiniz;
— Pozitiv olacaqsınız;
— Piyada gəzintiləri artıracaqsınız, gündə bir dəfə yarım saatlıq gəzinti;
— Sağlam qida rasionuna keçəcəksiniz, menyüdə göyərti, süd məhsulları, meyvə və tərəvəz olacaq;
— Evinizdə və öz dünyanızda hüzuru təmin edəcəksiniz;
— Hər şərqdə bir xeyir taparaq, özünüzü sevməyə və tanımağa, anlamağa vaxt ayıracaqsınız;
— Düşüncələrinizdə pis fikirlər, qarğış, pis niyyət, paxıllıq olmayacaq;
-Komediya filmləri və satirik əsər, hekayə və novella, felyeton mütaliəsini həftədə 1 dəfə olmaqla, beyninizə qida kimi verəcəksiniz;
— İstənilən musiqiyə rəqs edəcəksiniz.


Üz üçün:
— Fitoton qlini+süd+zeytun yağı+spirt+aktivləşdirilmiş kömür+su tərkibli üz maskasını həftədə bir dəfə üzə qoyub dərini massaj edəcəksiniz.


Saç üçün:
— Süd+su+zeytun yağı maskasını saçınıza sürtüb daraqla bir neçə dəfə darayıb baş dərisini massaj edəcəksiniz;
— Saçınızı 2 aydan bir rəngləyəcəksiniz;
— Şampununuza A və E vitaminlərini və zeytun yağını əlavə edəcəksiniz;

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: