Seçkilər -2

Millət necədirsə, onun içindən çıxıb ona vəkillik etmək istəyənlər də ona adekvat olur.


Kamilə biri desin ki, millət vəkili üçün də korporativ etika məcəlləsi var, vulqarizm, təhqir, söyüşlər yolverilməzdir.


İndiki namizədlər seçilsə, məclisin 90%i iclas və çıxışlar boyu yatacaqlar darıxmaqdan.


Seçkilərdən sonra da namizədlər bir ay da seçki saxtakarlıqları, onlara edilən haqsızlıqdan danışacaqlar.


Sizi sosial şəbəkələrdə kimsə tanıyırsa, dost limitiniz dolubsa, o demək deyil ki, hökmən seçilməlisiniz, millət vəkili olmağa layiqsiniz.


Özünüzü aldatmayın. Gedin, iş tapın, pul qazanın. Millətə vəkilliyi ağıllı, savadlı, təcrübəli, peşəkar və fəal adamlara qalsın.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: