Bir şey deyil

Dürüst, mərd, səmimi, ağıllı, savadlı, güclü və liberal demokrat olmaq da bir şey deyil. İki övladım var, biri anasız böyüyür, digəri atasız. Sanki alnıma yazılıb qadın — ata olmaq…

Antimental, komplekssiz olmaq da bir şey deyil. Hamı səni əlçatan, əxlaqsız fahişə sayır…

Gözəl olmaq da bir şey deyil, sevgisiz qalırsan, kişilərə güvənmirsən, qadınlardan özünü qoruyursan…

Güclü və ağıllı, dürüst və mərd qadın olmağın bir bədəli var, ödəməlisən. İki övladım var, biri məndən uzaqda anasız böyüyür, biri mənimlə atasız böyüyür. Övladlarım tamlığa, ailə institutuna inanmadan, insanlara güvənmədən, sevgidən qaçmaq ilə böyüsə, məsuliyyətini daşımağa, cəzasını çəkməyə hazırammı? Bəlkə də…