Xaraktersiz insanlar

Milli valyuta məzənnəsi və qiymət strategiyası kimi üzən xarakterə malik olan insanlar komfort zonasından çıxmayan adamlardır. Bacardığım qədər elə insanlardan uzaq oluram, məsafə saxlayıram. Çünki çox ziddiyyətli, düşüncə və davranışları bəlli olmayan insanlardır. Belə insanlar ictimai şəkildə biganəlik göstərirlər, amma etirazları gizli olur. Belə insanlar ictimai şəkildə münasibət/fikir bildirəndə də bu gün dediyi ilə dünən dediyi üst-üstə düşmür, bir-birini təkzib edir. Ən əsası sözü ilə əməli bir-birinə tam zidd olur. Bu cür davranış diplomatiya deyil. Bu cür davranış sağlam düşüncə, praqmatizm, rasionallıq deyil.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: