Sevmisən, amma sevilməmisən…

Gözlərimdən özlərini bəziləri salır uçuruma,
Düşürlər, dəyərək zirvədəki pillələrə…
Qaldırmışdım necəsə, deyəsən artıq peşmanam…
Tanıdıqca, bəziləri adiləşir, sıraviləşir,
Onu sevmə səbəbini axtarıb tapa bilmirsən,
Getdiyi zaman, getdiyin zaman…
Kim kimdən birinci gedib, o belə mənasız gəlir…
Sadəcə susursan, dincəlirsən, gülürsən,
Yoluna davam edirsən bəzən…
Bəzən isə geriyə dönüb izini itirmək, silmək cəhdləri
Səni keçmişə qaytarır…
Unutduğunu düşünürsən, unutmamısan…
Yadlaşdığını düşünürsən, görürsən ki, heç kimsən…
Çoxdan unudulmuş birisisən…
Məyus olub önünə baxırsan,
Gəldiyin yolu bir də gedirsən,
Zaman itirirsən…
Dərk edirsən ki, yenə də,
Sən sevmisən, amma sevilməmisən…