Feminist kimi

Mən yetərincə azadam. Düşüncəmə, həyat tərzimə, işimə, yaradıcılığıma, qərar və seçimlərimə kimsə müdaxilə etmir, kimsə irad bildirmir. Azad olduğum qədər də seçim və qərarlarımın məsuliyyətini özüm daşıyıram. Azad olduğum qədər də cəsarətli və dürüstəm.
Azad olduğum üçün azad ola bilməyənləri, azad olmaq istəyərkən əzilənləri, şiddət görənləri gördükcə, fikirlərim məni üzür.
Konstitusiya və ölkənin yazılmış qanunları olduğu halda, mental və yazılmamış qanunları inkar etmişəm.
Bəli. Mən feministəm. Mən feminist olmaqla yanaşı, heyvanların, yaşlıların, uşaqların, körpələrin, hamilə qadınların, azad olmayanların, şiddət görənlərin, cinayət qurbanı olub hüquqları pozulanların səsiyəm.
Mə hüquqlarımı və azadlığımı bilirəm. Mən ölkə qanunlarını bilirəm. Bilməyənləri maarifləndirirəm. Bilməyənləri müdafiə edirəm, dəstək oluram. Bilməyənləri təmsil edirəm.
Oğlumu da feminist və ancaq ölkə qanunvericiliyini və ölkənin qəbul etdiyi beynəlxalq prinsip, standartları, memorandumları qəbul etməsini və onlara uyğun davranmasını, heç bir ayrıseçkilik parametrlərinə uymadan qadınlara, uşaqlara, heyvanlara, təbiətə hörmətlə və sevgi ilə davranmasını öyrədəcəyəm. Qanun önündə hamımız bərabərik.
Övladım artıq ikinci yürüş olacaq ki, iştirak edəcək.